Aygün Kazımova klipə görə yıxıldı, burnu zədələndi – VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
14:56 Bu rayonlarda polis postları quruldu  |     14:55 Türkiyədə dərman fabrikində qorxunc partlayış  |     14:53 İtkin şəhidin məzarı 32 il sonra TAPILDI  |     14:52 Ermənistan-İran sərhədində Rusiya bayraqları yığışdırılıb  |     14:50 "ChatGPT"nin yeni möhtəşəm funksiyası gəlir - VİDEO  |     14:39 Milli Məclis üç ölkənin imzaladığı sazişi ratifikasiya etdi  |     14:38 Vaşinqtonda təyyarə qəzasında həlak olanlardan 55 nəfərin cəsədi müəyyən edilib  |     14:37 Bu ilin yanvar ayında dəyəri 3 milyon manatdan çox olan qaçaqmal sərhəddən buraxılmayıb  |     14:36 350-dən çox ağac və kolun qanunsuz kəsilməsi ilə bağlı cinayət işi açılıb  |     14:34 Suriyada içində bomba olan avtomobil partladıldı: Çox sayda ölən və yaralanan var  |     14:33 Narkotikə görə saxlanılan şəxslərə AĞIR CƏZA  |     14:31 Rusiya Xəzər dənizi üzərində Ukrayna ordusuna məxsus PUA-nı vurdu  |     14:30 Sabah güclü külək əsəcək  |     14:29 İtaliya nəhəngi "Qalatasaray"ın müdafiəçisi Viktor Nelssona elçi düşüb  |     14:28 Nöqsanlar aşkarlanan su emalı müəssisəsinin fəaliyyəti dayandırıldı  |     14:27 Azərbaycan yük gəmisi ilk dəfə Magellan boğazından keçdi  |     14:25 Xalq artisti Ənvər Həsənovun son vəziyyəti AÇIQLANDI  |     14:21 Nazirlər Kabinetinin üç qərarı LƏĞV EDİLDİ  |     14:20 Mikayıl Cabbarov Məhəmməd Həsən Əl Suveydi ilə görüşüb  |     14:19 2025-ci ilin ilk ayının ən yaxşı futbolçusu bəlli olub  |    

Aygün Kazımova klipə görə yıxıldı, burnu zədələndi – VİDEO

Xalq artisti Aygün Kazımova “Hardasan” adlı yeni mahnısını və klipini təqdim edib.

Sözləri Gülağa Tənhaya aid olan, modern aranjimanda hazırlanan mahnı bəstəkar İsmayıl Əsədov tərəfindən Aygün Kazımovaya hədiyyə edilib.

Bəstəkar 11 ildir ki, bu mahnını Aygün Kazımovanın ifasında eşitməyi arzuladığını bildirib. Bir neçə saat ərzində musiqi platformlarında üst sıralara yüksələn “Hardasan” mahnısı Aygün Kazımovanın növbəti meqahiti hesab oluna bilər.

Klipdə Aygün Kazımovanın teatrallaşdırılmış rəqsi maraq oyadır.

Ekran işində sənətçinin tərəf müqabili Türkiyədə fəaliyyət göstərən həmyerlimiz modelyer -dizayner Rüfət İsmayıldır.

Klipin rejissoru Teymur Nəcəfzadə, özünün ekran işində xüsusi qrafika yaradıb. Montaj və rəng effektləri Elrəngə məxsusdur. Müğənninin imici üzərində Ruxa, Telman Heybətov və dizayner Rüfət İsmayıl çalışıb. Lahiyənin rəhbəri isə “SS Production”dır.

Qeyd edək ki, Kazımova klipin çəkilişləri zamanı yıxılıb və burnundan zədə alıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            3 041 29.03.18 12:57