“Deyirdim, mən evdə oturum, həyat yoldaşım qazansın…”-NATAVAN HƏBİBİ » Median.Az - Bütün xəbərlər bir ünvanda
14:39 Milli Məclis üç ölkənin imzaladığı sazişi ratifikasiya etdi  |     14:38 Vaşinqtonda təyyarə qəzasında həlak olanlardan 55 nəfərin cəsədi müəyyən edilib  |     14:37 Bu ilin yanvar ayında dəyəri 3 milyon manatdan çox olan qaçaqmal sərhəddən buraxılmayıb  |     14:36 350-dən çox ağac və kolun qanunsuz kəsilməsi ilə bağlı cinayət işi açılıb  |     14:34 Suriyada içində bomba olan avtomobil partladıldı: Çox sayda ölən və yaralanan var  |     14:33 Narkotikə görə saxlanılan şəxslərə AĞIR CƏZA  |     14:31 Rusiya Xəzər dənizi üzərində Ukrayna ordusuna məxsus PUA-nı vurdu  |     14:30 Sabah güclü külək əsəcək  |     14:29 İtaliya nəhəngi "Qalatasaray"ın müdafiəçisi Viktor Nelssona elçi düşüb  |     14:28 Nöqsanlar aşkarlanan su emalı müəssisəsinin fəaliyyəti dayandırıldı  |     14:27 Azərbaycan yük gəmisi ilk dəfə Magellan boğazından keçdi  |     14:25 Xalq artisti Ənvər Həsənovun son vəziyyəti AÇIQLANDI  |     14:21 Nazirlər Kabinetinin üç qərarı LƏĞV EDİLDİ  |     14:20 Mikayıl Cabbarov Məhəmməd Həsən Əl Suveydi ilə görüşüb  |     14:19 2025-ci ilin ilk ayının ən yaxşı futbolçusu bəlli olub  |     14:17 Egey dənizində "zəlzələ fırtınası" davam edir: Növbəti təkanlar qeydə alındı (YENİLƏNİB)  |     14:13 "Qremmi"də qalmaqal: Çılpaq Byanka Senzori və Kanye Uest tədbirdən qovuldular - VİDEO  |     13:39 Rusiyada qaz emalı zavoduna PUA hücumu olub  |     13:20 Markus Raşford "Mançester Yunayted"i digər İngiltərə klubuna dəyişdi  |     13:19 Balakəndə narkotik əməliyyatı: Polis 33 kiloqram heroin və marixuana aşkarladı  |    

“Deyirdim, mən evdə oturum, həyat yoldaşım qazansın…”-NATAVAN HƏBİBİ

“Bilmirəm, nəylə bağlıdır. Amma artıq hər şeyə baxışım dəyişib. Planlarımı maqazin verilişlərinə də açıqlamıram. Edib, sonra deyirəm”.

Median.Az
Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Natavan Həbibi “Sənətsevər” verilişində deyib.

Sənətçi “W-trio” qrupundan, orada birlikdə çalışdığı əməkdar artist Röya Ayxan və müğənni Elnarə Xəlilovadan danışıb:

“W-trio” ilə müqaviləmiz bitdi deyə, qrup dağıldı. Mənim Vaqif Gərayzadə ilə işbirliyim davam etdi. Amma o biri qızlar solo karyeraya başlamaq istədilər. Mənim Röya və Elnarə ilə münasibətim yoxdur. Təzəlikcə, Elnarə ilə “salam-sağ ol” var aramızda. Amma yaxın deyilik, heç nəyi bölüşmürük. Düşünmüyün ki, Röya ilə düşmənik və ömürlük münasibət olmayacaq. Aygün Kazımovayla da münasibətimiz yox idi. Amma indi hər şey yaxşıdır”.

Natavan sevgi həyatı ilə bağlı sualları cavablandırıb:

“Uşaqlıqdan hər zaman diqqət içində böyümüşəm. İlk dəfə altıncı sinifdə oxuyanda mənə dedilər ki, başqa sinifdə oğlan var, ölür məndən ötrü. Onun sevgisi o qədər güclü oldu ki, valideynləri də bu işə qarışdı. Hətta bizi nişanlamaq istəyirdilər. Amma alınmadı, məni ona vermədilər. Heç vaxt düşünmürdüm ki, ailə qurub, uşaq sahibi olmalıyam. Uşaqlıqdan deyirdim ki, mən ev xanımı olacam, həyat yoldaşım işləyib, bizə baxacaq. Müğənni oldum, alınmadı. Son iki ildə Səid (reper Dado – red.) çıxdı, alınmadı. Mənə qarşı “ürəyiağrıyan” baxışlar istəmirəm. Hamıdan güclüyəm. Onunla ailə qurmağıma peşman deyiləm, oldu keçdi”.

Sənətçi artıq toy məclislərinə də getməyə başladığını söyləyib:

“İndi başlamışam toylara getməyə. Çünki çalışan müğənnilər siyahısına girdim. Bu vaxta qədər işləmirdim”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 993 19.03.18 12:43