Dilarə Əliyeva: “Qızımı görənlər şoka düşür” » Median.Az - Bütün xəbərlər bir ünvanda
14:53 İtkin şəhidin məzarı 32 il sonra TAPILDI  |     14:52 Ermənistan-İran sərhədində Rusiya bayraqları yığışdırılıb  |     14:50 "ChatGPT"nin yeni möhtəşəm funksiyası gəlir - VİDEO  |     14:39 Milli Məclis üç ölkənin imzaladığı sazişi ratifikasiya etdi  |     14:38 Vaşinqtonda təyyarə qəzasında həlak olanlardan 55 nəfərin cəsədi müəyyən edilib  |     14:37 Bu ilin yanvar ayında dəyəri 3 milyon manatdan çox olan qaçaqmal sərhəddən buraxılmayıb  |     14:36 350-dən çox ağac və kolun qanunsuz kəsilməsi ilə bağlı cinayət işi açılıb  |     14:34 Suriyada içində bomba olan avtomobil partladıldı: Çox sayda ölən və yaralanan var  |     14:33 Narkotikə görə saxlanılan şəxslərə AĞIR CƏZA  |     14:31 Rusiya Xəzər dənizi üzərində Ukrayna ordusuna məxsus PUA-nı vurdu  |     14:30 Sabah güclü külək əsəcək  |     14:29 İtaliya nəhəngi "Qalatasaray"ın müdafiəçisi Viktor Nelssona elçi düşüb  |     14:28 Nöqsanlar aşkarlanan su emalı müəssisəsinin fəaliyyəti dayandırıldı  |     14:27 Azərbaycan yük gəmisi ilk dəfə Magellan boğazından keçdi  |     14:25 Xalq artisti Ənvər Həsənovun son vəziyyəti AÇIQLANDI  |     14:21 Nazirlər Kabinetinin üç qərarı LƏĞV EDİLDİ  |     14:20 Mikayıl Cabbarov Məhəmməd Həsən Əl Suveydi ilə görüşüb  |     14:19 2025-ci ilin ilk ayının ən yaxşı futbolçusu bəlli olub  |     14:17 Egey dənizində "zəlzələ fırtınası" davam edir: Növbəti təkanlar qeydə alındı (YENİLƏNİB)  |     14:13 "Qremmi"də qalmaqal: Çılpaq Byanka Senzori və Kanye Uest tədbirdən qovuldular - VİDEO  |    

Dilarə Əliyeva: “Qızımı görənlər şoka düşür”

Əməkdar artist, tanınmış aktrisa Dilarə Əliyeva ailəsi ilə bağlı səmimi etiraflar edib.

Yenicag.az-a açıqlama verən aktrisa qızının şəxsi həyatına müdaxilə etməyəcəyini bildirib:

“Mən 17 yaşında, gözüm açılmadan ərə getdim. Heç tay-tuşlarım kimi gənclik yaşamadım. Buna görə də istəyirəm ki, qızım məndən fərqli olaraq, gənclik illərini doya-doya yaşasın, sonra ailə qursun”.

Aktrisa qızı ilə dost olduğunu deyib:

“Bizim aramızda dost münasibətləri var, o mənə “ana” yox, “Dilarə” deyə, müraciət edir. Ailəmizdəki qayda-qanunlara o da riayət edir. İllərdir ki, gündəlik planlarım, gedib-gəldiyim yerlər barədə Oqtaya məlumat verirəm. Qızım da mənim kimidir: hara gedib-gəlirsə, atasına deyir. Son 3 ildə ənənəvi olaraq hər bazar günü kinoya baxmağa gedirik. Onu da deyim ki, qızımı Qala gecələrinə güclə aparırıq, həmişə də fotokameralardan qaçır. Reklam olunmağı heç sevmir. Qızımı görənlər şoka düşür. Hamı heyrətlə deyir ki, “yəni sənin belə qızın varmış, heç görməmişdik”.

Qeyd edək ki, məşhur cütlüyün iki qızı var. Evin ilki olan Aytən 23 yaşındadır.

скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            6 543 16.03.18 19:42