Atasının ölümündən sonra toylara gedən Damla üsyan etdi: “Utanın!” » Median.Az - Bütün xəbərlər bir ünvanda
14:34 "Disney" filmlərində LGBT və azlıqların təbliği dayandırılır  |     14:10 Alimlər kvant kompüterlərində kainatın məhvini modelləşdirdilər  |     13:55 Paytaxtda yeni yerüstü piyada keçidinin inşası yekunlaşıb  |     13:37 Bu gün keçiriləcək ÇL-in pley-off oyunlarını hansı kanallardan izləmək olar? (ANONS)  |     13:25 Şirvanda beş evdən 53 min manatlıq oğurluq etdi: ƏLƏ KEÇDİ  |     13:23 Bu gün Əfv Komissiyasının ilk iclası keçiriləcək  |     13:22 Ağdaşda oğurluq və narkotik cinayətlərinə görə yeddi nəfər saxlanılıb  |     13:21 İngiltərədə uşaq meydançasının altından 176 bomba aşkarlandı  |     13:05 Dünyada temperatur rekord yüksək səviyyəyə çatıb - HƏYƏCAN TƏBİLİ  |     13:01 Rahatlıq üçün ortopedik kresloya keçid zərər verə bilər - GİZLİ TƏHLÜKƏ  |     12:54 Çində yanğınsöndürənlər robot itdən istifadə ediblər  |     12:52 Meymun beynini insan beyninə çevirən mexanizm tapıldı  |     12:52 Ağciyər xərçəngi olanlar üçün yeni ümid: Şişin "zəif nöqtəsi" aşkarlandı  |     12:51 İki nəhəng şirkət süni intellekt hazırlayır  |     12:50 Daha bir kişi Diddini təcavüzdə ittiham edir - Məhkəməyə müraciət etdi  |     12:49 "Şirniyyat sevgisi" hansı xəstəliyin əlaməti ola bilər?  |     12:48 "Binance" və SEC məhkəmə prosesinin dayandırılması ilə bağlı birgə vəsatət qaldırdılar  |     12:47 "Qalatasaray" - "Fənərbağça" derbisinin tarixi açıqlandı  |     12:47 Ermənistanı silahlandıran Fransa özü müdafiəsiz qala bilər  |     12:46 Çin səddinin tunellərində minlərlə ballistik raket gizlədilib  |    

Atasının ölümündən sonra toylara gedən Damla üsyan etdi: “Utanın!”

Atasının ölümündən bir neçə gün sonra toy məclislərinə gedən müğənni Damla ona ünvanlanan tənqidlərə münasibət bildirib. Lent.az-ın məlumatına görə, ifaçı bu barədə sosial şəbəkədəki səhifəsində yazıb: “Görəsən, içinizdəki insanlığı kim öldürüb? Kənardan bir insanın həyatını müzakirə etmək, gərçəkləri bilmədən danışmaq, kiminsə könül yarasını qanatmaq sizin üçün bu qədərmi adi bir şeydir? Özünə, varlığına, ailəsinə hörmət etməyən dırnaq arası insancıqlar, siz mənim ata itkimi ələ salıb məni nə haqla qınaya bilərsiniz? Mən anamın icazəsi, halallığı ilə işimə davam etmişəm. Bunu dərk edə bilirsiniz? Məcburam.

Aylar öncə yazılmış toylar, əmanət verilən behlər, öncədən təyin olunmuş konsert salonları, satılan biletlər, xaricə uçmaq üçün alınan təyyarə biletləri, komandamın aylıq maaşı, ailəmin yükü, oğlumun təhsili və daha yazmaq istəmədiyim bir çox şeylər… Bunların hesabatını kim ödəyəcək? Mən təkəm, arxasızam. O yazanların ağzı isti yerdədir. Ya ərləri qazanır, ya da kimlərinsə hesabına yaşayırlar. Siz nə haqla atamın məzarına dil uzadırsınız? Kimsiniz? Yazırsınız ki, atasının yasını saxlamır. Məndən çoxmu canınız yanır?

Yazırsınız ki, kefdəsən, puldan gözün doymur, bütün günü toylardasan. Toy dediyiniz, ailə məclisidir. Mən klublarda, əlimdə içki masasında görüntülənməmişəm axı. Ağzınıza nə gəlir, yazırsınız. Yoxsa hər həftə bir saç rəngindəyəm? Yoxsa atamdan sonra soyunmağa başlamışam? Nə dəyişib ki?

Mən illərlə ürək xəstəsi olan atamın bütün çətinliyini tək çiynimdə daşımışam. Bir çox oğulun edə bilmədiyi yükü tək çəkmişəm. Sağlığında insana dəyər verərlər. Ona sağ ikən heç bir sıxıntı yaşatmamışam. Heç vaxt çətinlik çəkməyə qoymamışam. Təki hamı mənim kimi ailəsinin qədrini bilsin. Siz nə bilirsiniz ki, içimdəki ağrı nədir? Utanın! Bilsəm ki, mən sussam atam geri dönəcək, illərlə səsimi belə çıxarmaram. Allahınız olsun, susun. Mənim acım, mənim itkim mənimdir”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            21 254 14.03.18 13:04