Rəşid Behbudovun qızından Faiq Ağayevə etiraz » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:55 Lənkəranda iki saat işıq olmayacaq  |     22:47 Bakıda yük avtomobillərinin yolda qalması nəqliyyat sıxlığına səbəb olub  |     22:39 ABŞ martın 1-dən Meksika və Kanadaya yeni tariflər tətbiq etməyə hazırlaşır  |     22:34 Şahdağdan qayıdarkən ağır qəzaya düşən müğənninin beli qırıldı - VİDEO  |     22:24 Türkiyə MN Azərbaycan hərbçilərinin də iştirak etdiyi təlimdən görüntüləri paylaşdı - FOTO  |     22:08 Şahmat üzrə Azərbaycan çempionatı başladı  |     22:08 Vətəndaşların şikayət etdiyi məhkəmə əməkdaşı işdən çıxarılıb  |     21:52 Bakının Nizami rayonunda nəqliyyatın hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırılıb  |     21:39 Yaddaşı inanılmaz dərəcədə gücləndiriən qida - Alimlər AÇIQLADI  |     21:30 Minlərlə turist “Tik Tok” reklamından sonra xizək kurortunu “dağıdıb”  |     21:13 Əli Əsədov Alim Xanla görüşdü  |     20:57 "Türk Axını" ilə qaz tədarükü tarixi maksimuma çatıb  |     20:35 FHN universitetdə yoxlamalar apardı - Rektora cərimə yazıldı  |     20:24 Azərbaycanda çörək BAHALAŞDI  |     20:07 Türkiyə ordusu İraqda terrorçulara məxsus çoxlu sayda silah-sursat ələ keçirib  |     19:58 Kriştianu Ronaldu klub səviyyəsində 700 matçda qalib gələn ilk futbolçu olub  |     19:39 Azərbaycan qaz tranziti sxeminə daxil edilir  |     19:25 62 və 217 nömrəli marşrutlar "BakuBus"a verilib  |     19:07 Şamaxıda qanunsuz saxlanılan silahlar polisə təhvil verilib  |     19:05 Azərbaycanda iki yeni radio açılır  |    

Rəşid Behbudovun qızından Faiq Ağayevə etiraz

Xalq artisti, mərhum musiqiçi Rəşid Behbudovun qızı Rəşidə Rəşid Xalq artisti Faiq Ağayevə etiraz edib.

Median.az Modern.az-a istinadən xəbər verir ki, Rəşidə Rəşid açıqlamasında bildirib ki, Faiq Ağayev Türkiyənin məşhur müğənnilərindən biri Müşərrəf Akayla birlikdə “Sənə də qalmaz” mahnısını səsləndirsə də, Rəşid Behbudovun adını çəkməyib:

“Bilirsiniz ki, “Sənə də qalmaz” mahnısıTofiq Quliyev tərəfindən 1960-cı illərdə yazılıb və sözləri Rəsul Rzaya məxsusdur. Bu mahnını bəstəkar atam üçün yazıb və mahnı ilk dəfə Rəşid Behbudov tərəfindən ifa edilib.

Faiq Ağayev türk müğənnisi Müşərrəf Akayla birlikdə “Sənə də qalmaz” mahnısını bir verilişdə səsləndirib. Təəssüf edirəm ki, o, mahnı haqqında məlumat verərkən atamın adını çəkməyib. Düzdür, sonralar bu mahnını bir neçə şəxs də səsləndirib. Lakin mahnının damğasını vuran Rəşid Behbudovdur”.

Qeyd edək ki, xalq artisti Faiq Ağayev “Facebook” hesabında Türkiyə müğənnisi Müşərrəf Akayla birlikdə səsləndirdiyi “Sənə də qalmaz” ifasının videosunu paylaşıb. Müğənni paylaşımında Müşərrəf Akayın TRT - də yayımlanacaq "Aziz dostlar" adlı verilişin ilk qonağı olduğunu bildirib
скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 085 12.03.18 20:44