Səmra Rəhimli: Bundan da açıq-saçıq geyinə bilərəm – FOTO + VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
21:50 Britaniya Rusiyanın hərbi attaşesini qovur, diplomatik binalarının statusunu ləğv edir  |     21:43 Dünyanın ən zəngin şəhəri hansıdır?  |     21:37 Məmurun kabinetindən noutbukunu oğurlayan şəxsə hökm oxundu  |     21:29 "Bolt" Azərbaycanda bu xidməti dayandırdı (FOTO)  |     21:24 Malayziya "oranqutan diplomatiyası"na başlayır  |     21:18 Azərbaycanda bağlanan şərab zavodu açılır?  |     21:10 Azərbaycanda 40 dəvə yükü ilə qızıl basdırılan yer (VİDEO)  |     21:01 Qəbələnin Bunud kəndi yağıntılar səbəbindən subasmaya məruz qalıb  |     20:52 Şolts və Zelenski Ukrayna ilə bağlı konfransı müzakirə ediblər  |     20:44 "Ordubad” qoruğunun mühafizə zonasının müəyyənləşdirilməsi istiqamətində işlər yekunlaşıb  |     20:36 Rusiyanın müvəqqəti işlər vəkili Estoniya XİN-ə çağırılıb  |     20:29 Türkiyənin vitse-prezidenti: Azərbaycanda icra olunan layihələrə bundan sonra da dəstək verməyə hazırıq  |     20:23 Süni intellekt və yeni inkişaf meyarları  |     20:14 "Sədərək" sahibinin oğlunun evindən külli miqdarda oğurluq edənin cəzası azaldılıb  |     20:09 Əfqanıstanda hərbçilərə hücum olub, 6 nəfər ölüb, 13 nəfər yaralanıb  |     20:00 Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq  |     19:53 Bu il “ƏDV geri al” layihəsi çərçivəsində 59 milyon manat qaytarılıb  |     19:47 Azərbaycanda dövlət qurumlarına məxsus yeni domenlərin sayı 2 dəfə azalıb  |     19:39 Baydenin İran üzrə xüsusi nümayəndəsini işdən çıxarmasının səbəbi araşdırılır  |     19:33 Azərbaycanda yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 11 % artıb  |    

Səmra Rəhimli: Bundan da açıq-saçıq geyinə bilərəm – FOTO + VİDEO

Müğənni Səmra Rəhimli “Hypnotized” adlı klipini təqdim edib.

Oxu.Az xəbər verir ki, mahnının sözləri isveçli Erik Dahlqvist və Sebastian Ekstranda, musiqisi isə yunan bəstəkar Nikos Sofisə aiddir.

Yeni işini çox bəyəndiyini söyləyən Səmra bundan sonra sözügedən komanda ilə bir neçə layihə gerçəkləşdirəcəyini vurğulayıb:

“Klipimiz Ukraynanın Lvov şəhərində çəkilib. Klipi elə ukraynalı komanda ərsəyə gətirib.
Komanda özü mənə müraciət etdi, istədim, işlərimə yeni nəfəs gətirim. Klipim və bu ideya çox xoşuma gəldi.

Klipdəki geyimlərimi anam gecəsini gündüzə qatıb hazırlayıb. Paltarlar bir neçə gün ərzində hazır olub. Ümumiyyətlə, karyeramla bağlı hər dəliliyi edə bilərəm. Hər şeyə hazır dünyaya gəlmişəm. Gözləmədiyiniz şeyləri belə edə bilərəm”.

Müğənni kliplərində istifadə etdiyi göz simvolunun masonluqla əlaqəsi olmadığını deyib:

“İlk dəfə göz simvolunu istifadə edəndə söz-söhbət yaradacağını bilmirdim. Masonlarla əlaqəm yoxdur, göz mənim talismanımdır. Çox sevirəm. Kliplərimdən əvvəl də hər zaman göz naxışları olan geyimlərdən və akssessuarlardan istifadə etmişəm. Sadəcə, “Badminton” klipi zamanı bu, daha çox gözə çarpdı”.

İfaçı bildirib ki, müzakirələrə səbəb olmasına baxmayaraq, bundan sonra açıq-saçıq fotolar çəkdirə bilər:

“Mən axı birtəhər qarşılanmalı geyimlərdən istifadə etmirəm. Sadəcə, insanlarda belə bir reaksiya yaranır. Bu isə yaxşıdır. Açıq-saçıq fotosessiyalarım var. Bundan da açıq-saçıq geyinə bilərəm. Hər proyektim nəyi tələb edirsə, bununla da izləyici qarşısına çıxacam.

Rəylərə fikir verib, əsəblərimi yormuram. Elə insanlar var, olacaq da. Sənin yerində olmaq istəyib, bunu heç vaxt bacarmayacaqlarını bilə-bilə rəylər yazırlar. Yazsınlar da”.

O, daha sonra həmkarlarına da söz atmağı unutmayıb:

“Mən bilirəm ki, nə qədər çalışsanız da, mənə çatmayacaqsınız. Özündənrazılıq kimi çıxmasın. Başlayırlar ki, bu, nə geyimdir? Bu nədir, geyinmisən? Sonra gedib özlərini mənə oxşadırlar.

Gülməli görünür. Tək müğənnilər deyil, adi insanlar da var. Adi mağazadan nəsə alıram, səhər gedirəm ki, artıq bitib. Məndə görüb gedib alırlar”.





















скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            7 548 03.03.18 13:55