Xalq artisti Aygün Kazımova "Sənsiz bir günüm olmasın" mahnısı ilə bağlı etiraf edib.
Median.Az axşam.az-a istinadən xəbər verir ki, bu haqda Pop kraliça "Hər zaman musiqi" verilişində danışıb.
O bildirib ki, 1997-ci ildə lentə aldırdığı klipdə 4 dəqiqədə 57 obraz yaradıb:
"Klipin rejissoru Loğman Kərimovdur. Orada 57 obrazdan istifadə etmişəm. Kinostudiyanın ekibi klipi çəkib. Rejissor deyəndə ki, Aygün, 57 obraz yaradacaqsan. Dedim, nə danışırsınız, məndə 57 paltar yoxdur".