"Mənim, uşaqlarımın və anamın ən böyük arzusu Moskvadakı evimizdə yenidən bir araya gəlməkdir".
Median.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu sözləri Alla Puqaçovanın qızı Kristina Orbakayte deyib.
O, vətənindən və ailəsindən uzaq qaldığı üçün kədərləndiyini bildirib:
"Həyat və tale bizi o qədər fərqli yerlərə səpələyib ki, biz yenidən vətənimizdəki evimizdə bir araya gələ biləcəyimizə inana bilmirik” deyə o, bildirib.
Xatırladaq ki, Alla Puqaçova və həyat yoldaşı Maksim Qalkin xarici agent kimi tanınaraq ölkəni tərk ediblər. Onlar bir müddət İzraildə yaşasa da hazırda ölkə-ölkə gəzməyə üstünlük verirlər. Uşaqlarının psixologiyası və təhsil hüququnun pozulması əsas gətirilərək cütlüyün valideynlik hüququndan məhrum edilməsi tələbi ilə bağlı yeni xəbələr yayılıb. Müğənninin qızı Kristina Orbakayte isə Amerikada yaşayır.
//azxeber.com