Emin Ağalarov bu evdə böyüyüb - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:55 Suriya Rusiyadan Bəşər Əsədin ekstradisiyasını tələb edib  |     22:48 Ukrayna səfiri Slovakiya XİN-ə çağırılıb  |     22:41 Qobustanda kişi tövlədə özünü ASDI  |     22:34 Xalq artisti Fatma Mahmudova insult keçirib  |     22:20 Fərid Qayıbov Samir Şərifovun müavini oldu  |     21:57 Ən yüksək və ən aşağı seçici fəallığı olan dairələr açıqlanıb  |     21:53 AŞPA Gürcüstan hakimiyyətindən yeni parlament seçkiləri keçirilməsini tələb edib  |     21:10 İsrail BMT-nin qaçqınlarla iş üzrə agentliyinin ölkədəki fəaliyyətini dayandırır  |     21:10 Sabah Bakının bu ərazilərində qaz olmayacaq  |     20:46 Xəzər dənizinin üzərindən uçan sərnişin təyyarəsi qəza siqnalı verdi  |     20:17 Fatma Mahmudova xəstəxanaya YERLƏŞDİRİLDİ  |     19:55 Deputatın köməkçisi vətəndaşın adından kredit götürüb? - İDDİA  |     19:44 Ukraynaya 12-ci hərbi yardım paketi ayrılacaq  |     19:31 Bakıda 75 yaşlı kişiyə dələduzluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb  |     19:19 Universitet müəllimi vəfat etdi  |     19:10 Fransada "Binance"a qarşı çirkli pulların yuyulması iddiası qaldırıldı  |     19:09 “Alibaba” “DeepSeek”ə qarşı süni intellekt modelinin yeni versiyasını təqdim edib  |     19:08 Tramp prezidentliyinin doqquz günü ərzində rekord sayda fərman imzalayıb  |     19:07 Qırğızıstanda ilk ekoloji təmiz şəhər inşa ediləcək  |     19:05 709 azərbaycanlı qeyri-qanuni miqrant ABŞ-dən deportasiya olunacaq  |    

Emin Ağalarov bu evdə böyüyüb - VİDEO

Xalq artisti və iş adamı Emin Ağalarov Nardaran kəndində böyüdüyü evini göstərib.

Median.Az
olay-a istinadən bildirir ki, bu haqda sənətçi instaqramda məlumat verib.

""Sea Breeze"in tarixi bu evdən başlayır. 1983-cü ildə valideyinlərim burada birinci evlərini tikmişdi. Sovet vaxtında ikimərtəbəli evlərin tikilməsinə icazə verilmirdi, yalnız mədəniyyət nümayəndələri, məşhurlar tikə bilərdi. O zamanlar isə atam gənc idi. Gördüyünüz bu ilk və birinci evi atam Latviyadan buraya daşıtdıraraq gətirib. Buradakı qayanı qazıb ki, evin birinci mərtəbəsi zirzəmi olsun. 1990-ci ildə isə evin həyətyanı ərazisində hovuz tikib. Bu bəlkə də regionda ilk hovuz idi. Burada mənim uşaqlığım keçib. Bu otaqda isə hər zaman nənəm otururdu. O, oradan kimin girib-çıxdığına davamlı nəzarət edirdi. Evin terasında isə uzun masa vardı. Bütün ailəmiz onun ətrafında toplaşırdı", - deyə, Emin yayımladığı videoda vurğulayıb.

Sözügedən paylaşıma isə Ağalarov "Mən sizə uşaqlıq evimi "Sea Breeze" hekayəsinin başladığı yeri göstərirəm. Mənim üçün bu, sadəcə bir xatirə deyil, əziz olan duyğularla, anlarla dolu bütöv bir dünyadır. Ruhumun bir parçasını sizinlə bölüşürəm" şərhini yazıb.
скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            333 14.08.24 22:05