İspaniyada müğənni Taylor Momseni konsert zamanı yarasa dişləyib.
“Pretty Reckless” qrupunun ulduzu Taylor Momsen mahnını ifa edərkən tamaşaçılar qəfil qışqırmağa və müğənninin ayağına işarə etməyə başlayıblar.
Məlum olub ki, səhnəyə uçan yarasa Momsenin libasının ətəyindən yapııb. Yarasa ifaçının ayağını dişləyib. Momsen hadisəni həyəcanlanmadan qarşılayıb.
O ayağına yapışan yarasanı tamaşaçılara göstərərək, oxuduğu "Witches Burn" ("Cadugərlər yanır") mahnısına işarə edib və özünün həqiqətən də cadugər olmasına inandığını deyib.
Momsen konsertdən sonra xəstəxanaya aparılıb və orada quduzluğa qarşı peyvənd vurulub. Növbəti bir neçə həftə ərzində qadın peyvənd kursunun bir hissəsi kimi daha bir sıra inyeksiya alacaq.