Həmidə Ömərova: “Yaxşı maaş versəydilər, dörd-beş yerdə işləməzdim” » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:58 Parisdə dəmiryol vağzalında atışma olub, yaralılar var  |     22:45 Tramp USAID-i Dövlət Departamentinin nəzarətinə verir  |     22:38 AFFA-da yeni baş katib, klub sayı artdı, limit ləğv olundu  |     22:24 Günəşdə güclü partlayışlar baş verdi  |     22:07 Bu şəxslər üçün tibbi arayış ödənişsizdir  |     21:53 Bakıda müəllim faciəvi şəkildə həlak oldu  |     21:34 Sabah Yevlaxın bir hissəsində qazın verilişində fasilə olacaq  |     21:24 Şamaxıda FACİƏ: məktəbli uşaq zəhərlənib öldü  |     21:04 Sərhədyanı rayonlarda blok-post quraşdırılmayıb - DİN  |     20:54 İtkin düşmüş balıqçının axtarışları davam etdirilir - VİDEO  |     20:42 Ötən il Sumqayıtda 5 min 695 narkoloji xəstə qeydiyyata alındı  |     20:36 Sərnişinin halı pisləşdi - Təyyarə Bakıya endi  |     20:29 Sank-Peterburqda 12 il əvvəl azərbaycanlını girov saxlayıb öldürməkdə təqsirləndirilən şəxsə hökm oxunub  |     20:23 MN-dəki 143 milyonluq məhkəmə işi ilə bağlı generalın apellyasiya şikayəti üzrə məhkəmə başlayıb  |     20:18 Qəzzada ölənlərin sayı 62 min nəfərə yaxınlaşır  |     20:10 Belçikanın yeni hökuməti and içib  |     20:02 Qara dəniz sualtı kabelini idarə edəcək birgə müəssisə yaradılıb  |     19:57 Ötən ay azad edilən ərazilərdə 3583,8 hektar minalardan təmizlənib  |     19:50 İrəvan metrosunda insidentlə əlaqədar beş əcnəbi saxlanılıb  |     19:44 Belçikanın ticarət missiyası Azərbaycana səfər edəcək  |    

Həmidə Ömərova: “Yaxşı maaş versəydilər, dörd-beş yerdə işləməzdim”

“Azərbaycan kinosu hələ istiqamətini axtarmağa çalışır. Addımlayırıq, amma sürətlə yox. Düzdür, son vaxtlar beynəlxalq arenaya çıxır, mükafat da qazanırıq. İşləyən gənclər çoxdur. İndi dövlət sifarişi və kommersiya məqsədli filmlər rəqabətə girib. Çox istərdim ki, dövlət sifarişi ilə çəkilənlər baxımlı və uğurlu olsun. Sərf olunan məbləğ geri qayıtsın. Onda kinematoqrafçıların da film çəkməyə marağı olar. Peşə sahibləri işlə təmin olunarlar”.

Bu sözləri axşam.az-a açıqlamasında Xalq artisti Həmidə Ömərova deyib.

Aktrisa son günlər film sahəsində baş verənlərdən danışıb.

O bildirib ki, rejissorları xaricə təcrübə yığmağa göndərmək lazımdır:

“Biz qonşu dövlətlərin, dünya kinosunun nümunələrində hansı proseslərdən keçdiyini öyrənməliyik. Onda həvəslənərik. Kino festivalları çoxaldılmalıdır, biz getməliyik. Təkcə İncənət Universitetində tədrislə bunlar bəs etmir. Kinematoqrafçılarımızı xaricə təhsil almağa göndərməliyik. Türkiyədə rejissorlar xaricdə təhsil alıb, gəlib film sahəsini inkişaf etdiriblər. Biz kino sahəsindəki texnika cəhətdən geri qalmışıq”.

H.Ömərova aktyorların qazancdan şikayətlənməsi məsələsinə toxunub:

“Sovet aktrisasıyam, biz dözürük. Mənə təklif gələndə ilk obrazla maraqlanıram. Ssenarini oxumalıyam, maraqlıdırsa, razılaşacağam. Nəsə var ki, hamı şikayətlənir. İndiki zamanda aktyorlar üçün çox çətindir. Etiraf edim ki, dörd-beş yerdə işləyirəm. Deyirlər, niyə özünü yorursan? Cavab verirəm ki, əgər mən bir yerdə yaxşı maaş alsaydım, niyə başqa yerə qaçım? Səhər dublyaja, günorta çəkilişə, axşam teatra gedim. Heç kim özünü fiziki cəhətdən yormaq istəməz. Etiraf edirəm ki, qonorar azdır. Maaş yaxşı olsaydı, aktyorlar şikayət etməzdilər”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            537 13.05.24 21:10