Xalq artisti Aygün Kazımovanın "Bilmək olmaz” super hiti artıq xaricdə də uğur qazanıb.
Layihə Türkmənistanın "Apple Music Daily Top 100 Songs” çartında 80-ci pilləyə qədər yüksəlib. Bundan başqa türkiyəli rejissor Selim Akar tərəfindən ekranlaşdırılan mahnının klipi isə "YouTube” video izlənmə platformasında 7 milyondan çox baxılıb.
Qeyd edək ki, mahnı Apple Music Azərbaycan Trendində 5-ci, Shazam Azərbaycan Trendində 109-cu, Yandex Musicdə Top 100-də 2-ci, YouTube Music Azərbaycan Trendində 16-ci qərarlaşıb.
//azxeber.com