Bipolyar pozuntu və lupus (kəpənək xəstəliyi) kimi ciddi xəstəliklərlə mübarizə aparan amerikalı populyar müğənni Selena Qomez gözəlliklə psixi sağlamlıq arasında ciddi bir əlaqənin olduğunu bəyan edib.
“Mirror” nəşrinin məlumatına görə, məşhur yüksək gözəllik standartlarının insan psixologiyasına mənfi təsir göstərdiyini bildirib.
O, bu təsiri bilavasitə öz üzərində hiss etdiyini açıqlayıb.
İfaçı müasir gözəllik tələblərini dəyişdirməyi hədəflədiyini qeyd edib.
Qomes, həmçinin internet və sosial medianın da psixi sağlamlığa mənfi təsir etdiyini önə çəkib.