Xalq artisti Aygün Kazımova ilə meyxanaçı Namiq Qaraçuxurlu illər sonra yenidən bir araya gəliblər.
İfaçılar Moskvada keçirilən məclislərdən birində eyni səhnəni bölüşüblər.
Bir zamanların məşhur duet ortağı olan ikili, “Sevirəm” adlı hitlərini ifa ediblər.
Onların məclisdən lentə alınan görüntüləri sosial şəbəkələrdə yayılıb. İfaçıların yenidən bir araya gəlməsi hər kəsin marağına səbəb olub.
Xatırladaq ki, Aygün Kazımova ilə Namiq Qaraçuxurlu uzun müddətdir küsülü idilər.