"Eurovision 2021" mahnı müsabiqəsindəki təmsilçimiz Samirə Efendinin birinci yarımfinalda oxuduğu “Mata Hari” mahnısına "YouTube"da 2 milyondan çox baxış olub.
Bu baxımdan müsabiqə iştirakçıları arasında Rusiya və Ukraynadan sonra üçüncü yerdə olan həmin ifa həm də "YouTube"da Azərbaycan trendləri arasında birinci yerdədir.
Xatırladaq ki, mayın 18-də birinci yarımfinalda müvəffəqiyyətlə ifa etmiş S.Efendi bu ayın 22-də keçiriləcək final konsertində iştirak etmək hüququ qazanıb.