Əməkdar artist Sevda Ələkbərzadə aylar sonra yeni mahnısı “Ən”i təqdim edib.
Sözləri və musiqisi Nicat Məlikova aid olan mahnının fərqli tərzdə olması sosial şəbəkədə müzakirə edilib.
Mahnıda Şərq, Qərb, eləcə də Muğam və Afrika cərəyanlarının uğurlu harmoniyası yer alıb.
“Cover” videodakı fotonu lentə alan Toğrul Qurbanov, S.Ələkbərzadənin imici üzərində işləyən isə stilist Leyla Məmmədova olub.