Azərbaycanın xalq artisti Aygün Kazımova tarixə düşüb.
Median.Az Oxu24.com-a istinadən xəbər verir ki, xalq artistinin 1989-cu ildə ifa etdiyi "Bu sevgi" mahnısı SSRİ-nin plastinka istehsal edən "Melodiya" şirkətinin arxivinə düşüb. Belə ki, nüfuzlu "melodiya" firması mahnını 1991-ci ildə buraxdığı plastinkaya daxil edib. Bununla da Aygün Kazımova Azərbaycan musiqi tarixində "Melodiya" şirkətinin buraxdığı plastinkaya ifası salınan ən gənc ifaçı kimi tarixə düşüb.
Xatırladaq ki, şirkətin buraxdığı plastinkaya hər ifaçının mahnısı daxil edilmir. "Melodiya" firması SSRİ-nin plastinka istehsal edən yeganə böyük ciddi şirkəti olub. Qeyd olunan plastinkada Aygün Kazımovanın "Bu sevgi" və "Uzaqlıq" mahnıları yer alıb.
Mövzu ilə bağlı geniş vidoenu təqdim edirik: