"Gizlədiləcək heç nə yoxdur. Konsertimdə belə sponsor adı görmürsünüz. Özüm qazanıb, sənətimə yatırım edirəm. Bizim sənətdə gəlirdən çox xərc olur. Bir paltarı uzağı iki dəfə geyinə bilirəm. Üçüncü dəvətə artıq yeni libas axtarçalıyam".
Median.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Lalə Məmmədova "Zaurla Günaydın" verilişində deyib. Müğənni gəlirindən, evsizliyindən söz açıb.
Məmmədova aparıcının "Həqiqətən öz eviniz yoxdur? Toylara az gedirsiniz? Qazancınız hardandı" sualına belə cavab verib:
"Yatırımı özümüz özümüzə edirik, ona görə valideynlərimlə qalıram. Klip çəkdirəndə zəng edib rəfiqəmdən borc alıram. Utanılacaq bir şey yoxdur. Sonra toydan gəlirsə, pul qaytarıram. Hər gün toy olmur. Sonuncu dəfə avqustda toydan evə 20 qəpiklə gəldim. İki toy oldu, borclarımı ödədim. "Əməkdar artist" adına görə 100, Azərbaycan Dövlət Televiziyasının solistliyindən 195 manat alıram. Bir də Aviasiya Akademiyasında müqavilə ilə çalışıram. Aylıq gəlirim 300-500 manat arası olur. Toy mövsümü başladı, amma məclisim yoxdur. Dünən hamı toydan video paylaşırdı. Bir Lalə konsertdən video yerləşdirmişdi".