Dünya şöhrətli müğənni Britni Spirs çəkdirdiyi klipləri əsasında interaktiv muzey açacaq.
Açılışın 2020-ci ilin yanvarına planlaşdırıldığı, biletlərin sabahdan etibarən satışa çıxarılacağı qeyd edilib.
Muzey Los-Ancelesdə təşkil olunacaq. Bir qonağın muzeyi başdan sona kimi izləməsi üçün 60-90 dəqiqə lazım olacaq.
Tanınmış dizaynerlər tərəfindən hazırlanmış zonada interaktiv ticarət məkanı fəaliyyət göstərəcək. Orada Britninin pərəştişkarları alış-veriş edə biləcəklər.
/oxu.az/