Qadına əl qaldıran kişi, ən zəif, ən aciz, özünə güvənməyən kişidir. Mən heç onları kişi də saymıram.
Median.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri rəqqasə və aktrisa Oksana Rəsulova "X maqazin" proqramında deyib.
O, ilk həyat yoldaşının şiddətinə məruz qaldığını etiraf edib:
"İlk dəfə günlərlə ağlayırdım, küsürdüm. Sonra qorxu hissi yarandı, ikinci dəfə evdən qaçdım, rəfiqəmin evinə sığındım. Birinci həyat yoldaşımdan belə zərbələr almışam. Bu da bizim boşanma səbəbimiz olub".