Müğənni Rəqsanə İsmayılova "Maşın” şouyla bağlı qalmaqallı açıqlama verib.
Median.Az Lent.az-a istinadən xəbər verir ki, ifaçı sosial şəbəkədəki səhifəsində bildirib ki, "Maşın” şou quramadır: "Niyə Kəmalə Piriyevanın maşından əlini çəkməyini vermədiniz? Nəyə görə pul alıb sildiniz? Əgər düzgünlük varsa, bu işi düzgün edin də. İstəyirlər başıma güllə dirəsinlər, mənim heç kimdən qorxacağım yoxdur. Həqiqət nədir, onu deyirəm. Hər zaman həqiqət olan yerdə olmuşam. Yaxşı day-dayın olmalıdır. Səni yaxşı saxlayan kişi olmalıdır. Arxanda imkanlı, adam durmalıdır. Restoranları, klinikaları olsun. Budur həqiqət. O ki qaldı Lalə Mustafayeva ilə, Türkan Vəlizadəyə, özünüzü qırmayın, boş şeylərdir. O maşın Kəmalə Piriyevanındır. Özünüzü yormayın”.