Xalq artisti Fatma Mahmudova "Maşın" şouda dostlaşdığı müğənni Ramal İsrafilovdan küsüb.
Median.Az Axşam.az-a istinadən xəbər verir ki, aktrisa bu haqda "Zaurla Günaydın" verilişində danışıb. O, Ramalın adı gələndə əsəbiləşib:
"Elə vəziyyyət yarandı ki, əsəblərim tab gətirmədi. Bir il əvvəl ayağım sınmışdı, ağır əməliyyat keçirmişdim. Amma ayaqüstə dayanmağa dözürdüm. Kimin nəyinə lazımdır ayağım şişdi, ya yox. Sizin mənim yaşımla nə işiniz? Mən brendəm.
Heç kimə etibar yoxdur, camaat balasının canına yalandan and içirdi. Əlimi çəkməsəydim, qalib olacaqdım. Məni vuranın özü getdi. Orada bir Ayan Babakişiyeva, bir də Niyam Salamiyə təşəkkür edirəm.
Kim deyir ki, ayağıma görə çıxdım? Yoldaş olmasan, insanı tanımazsan. Yaxşılıq etdiyim insanın mənə olan haqsızlığına görə çıxıb getdim. Belə müğənnilərdən doludur, sürüylədir. O müğənniciklər yerini gərək bilsin".