Mənim xoş niyyətli olduğumu tamaşaçılarım bilir. Düzdür, Lalə buna inanmasa da, mən onun xoş niyyətli olduğunu bilirəm və şouda qalması üçün səs istəyirəm.
Median.Az xəbər verir ki, bu sözləri aparıcı Suna Kasımoğlu söyləyib.
Lalə isə bu ifadələrin qarşılığında təəcübünü gizlədə bilməyib. O, Sunanın çıxışını üz ifadələri ilə qeyri səmimi kimi qiymətləndirib.
Daha sonra söz Lalə Mustafayevaya verilib. O, hədəfinin kimliyini açıqlayıb:
“Hədəfim aparıcı Suna Kasımoğludur. Rica edirəm, məndən heç kəs inciməsin. Amma Türkiyədə bu cür yarışma olsaydı, onlar azərbaycanlı iştirakçını on birinci efirə qədər saxlamazdılar”.
Suna isə üzünü Laləyə tutaraq “sən məni oyundan çıxarda bilərsən” söyləyib.
Nədənsə, şouda iştirakçılar Lalənin şəklini qutuya atdıqlarını gizlətməyə çalışıblar. Mustafayeva isə çaşqınlıq içində “Siz nə edirsiz? Siz məni tamaşaçılar qarşısında pis vəziyyətə qoyursuz. Belə çıxır ki, şəkillərimi qutuya Murad Dadaşov atıb?”, - deyərək etiraz edib.
Lalə Mustafayeva daha sonra işlətdiyi Sunay və Türkiyə ilə bağlı yanlış ifadələrə görə üzr istəyib.
***
Azərbaycanın Xalq artisti Murad Dadaşovun aparıcısı olduğu "Maşın" realiti şousunun "Maskarad" adlı 18-ci sürətininin növbəti buraxılışı start götürüb.
Median.Az-ın Baku.ws-ə istinadən məlumatına görə, bu dəfə iştirakçılar teleaparıcı Lalə Mustafayevanı SMS səsverməsinə çıxarıblar.
Lalə xanım, bunu gözləmədiyini desə də, mübarizə apararaq oyunda qalacağını bildirib. O hələlik hədəfini açıqlamaycağını bildiirb.
Müğənni Niyam Salami də Lalənin hədəf olacağını gözləmədiyini bildirib. Onun sözlərinə görə, bu gün səsverməyə başqa iştirakçı çıxmalı idi. "İki kişi qalıb, 5 qız. Ona görə də mən təklif etdim ki, qızlar mübarizəyə başlasın, biz də tamaşa edək".
Türkan Vəlizadə isə Laləyə dəstək olduğunu bildirib.
Şounun birinci yarısında Lalə Mustafayeva hədəfinin Suna kasımoğlu olduğunu bildirib. "Əgər bu yarışmaa Türkiyədə olsaydı, yəqin bu 11 gün ərzində bir nəfərdə olsa, azərbaycanlı qalmazdı".
Mustafayevanın bu ifadəsi aparıcı Murad Dadaşovanın narazılığına səbəb olub. O, Laləni qərar verməzdən öncə şəklini kimin atdığını araşdırmağı təklif edib.