Əməkdar artist Nərgiz Cəlilova qızı Nərmindən danışıb.
Median.Az Axşam.az-a istinadən xəbər verir ki, İradə İsakın "Birdən milyona" verilişində aparıcı övladının Amerikada yaşadığını söyləyib. O, qızının ərə getdiyini açıqlayıb:
"Fransada oxuyub, hazırda Amerikada yaşayır. İstəmirdi onunla bağlı fotolar paylaşım, tanınsın. Qızımın ailə qurduğunu gizlətmədim. Sadəcə, bəyan etmədim".
Cəlilova "Çinli birinə ərə gedib" sözlərinə belə cavab verib:
"Çində doğulub, uyğurdur. Amerika vətəndaşıdır, orada yaşayır. Qızım toyunu hamının bilməsini istəmədi".