ARB TV-nin “Show News” verilişinin növbəti müsahibi dünyaca məşhur model Rüstəm Cəbrayılov olub.
Median.Az xəbər verir ki, tanınmış model yerli müğənniləri simiclikdə ittiham etdi:
“Sağlıqlarına qismət qazanırlar. Amma iş görməyə gələndə, modellərə pul vermək istəmirlər. Simiclik etməsinlər, çünki bizim sahə də inkişaf etməlidir. Mən də bunun üçün çalışıram. Sevda Yəhyayeva ilə yaxın dostuq. Məni klipinə çəkmək istəyirdi. Amma son cümləsi o oldu ki, sən Brilliant Dadaşovanın, Dilarə Kazımovanın klipinə çəkildin. Çox göründün deyə başqa seçim etməliyəm. Daha sonra Damla xanım məni dəvət etdi. Mən məbləğ dedim. Mənə dedilər ki, bu Damla xanımın klipidir. Mən qiymət baxımından Azərbaycana uyğun məbləğ deyirəm. Məsələn, Nyu-Yorkda çəkilişim olub. Günümə 40 min dollar almışam”.//ölkə.az