“Maşın şou”nun 18-ci sürəti həyəcanla davam edir.
Şounun iştirakçıları əvvəlcə oteldə istirahət və idman ediblər, daha sonra isə maşının ətrafına yığışmaq üçün yola düşüblər.
“Maskarad”ın iştirakçıları burdakı mühitə yavaş-yavaş alışmağa başlayıb. Müxbirlərimiz də fürsətdən istifadə edib onlara suallarını ünvanlayıblar.
İştirakçılar isə Baku Tv-nin mikrofonuna kimləri rəqib gördüklərini və başqa “ürək sözlərini” deyiblər.
İstirahət bitib, iştirakçılar əllərini maşının üstünə qoyublar və mübarizə başlayıb.
Artıq bir neçə saat sonra isə bir nəfər üçün maşın əldən gedəcək.