Rentgen və tomoqrafiya xərçəngin riskini artırır - Diqqətli olun! » Median.Az - Bütün xəbərlər bir ünvanda
16:51 Türkiyə kəşfiyyatçıları İraqda PKK-nın "rəhbər" şəxslərindən birini öldürüb  |     16:42 Nazir: Gələn il işədüzəltmə ilə bağlı hədəf 130 min nəfərdir  |     16:35 Sabah hava dəyişkən buludlu olacaq, arabir tutulacaq - PROQNOZ  |     16:21 Azərbaycanda alimentin məbləği artırılır  |     16:11 Gəncədə qadın sirkə içib öldü  |     16:05 Niyam Rəmişin xanımını işdən çıxardıb?  |     15:55 Karantin cərimələri silinə bilərmi? - Hüquqşünasdan açıqlama  |     15:43 Filippində tayfunlarının yaratdığı fəlakətlərdə 12 nəfər həyatını itirdi  |     15:33 Gələn il bu pensiya 400 manatdan çox olacaq  |     15:22 Bakıda tikintidə FACİƏ: 69 yaşlı usta yıxılıb öldü  |     15:11 Vətəndaşlar hansı dərmanları apteklərdən pulsuz ala biləcəklər? - Hamının gözlədiyi cavab (VİDEO)  |     15:04 Azərbaycanda 4 il sonra minimum istehlak səbətinin tərkibinə yenidən baxılacaq  |     14:36 Umayra Tağıyeva: Meşələrin qırılmasına qarşı siyasəti gücləndirməliyik  |     14:26 Zaxarova: "Moskva COP29-un Bakıda mükəmməl təşkilini yüksək qiymətləndirir"  |     14:13 Sahil Babayev: Əlilliyin təyin olunması ilə bağlı problemi olanlar bizə müraciət etsinlər  |     13:56 Azərbaycanda toy etmək üçün nə qədər pul lazımdır?  |     13:47 AzTU-da 3 aydır tələbə təqaüdləri verilmir? - Universitet aydınlıq gətirdi  |     13:27 46 avtobus marşrutunun fəaliyyəti bərpa edilir  |     13:19 Evdə dərman saxlayarkən bunlara DİQQƏT edin, yoxsa zəhər olar…  |     13:13 Bakıda 170 minlik dələduzluq edən şəxs hakim qarşısında  |    

Rentgen və tomoqrafiya xərçəngin riskini artırır - Diqqətli olun!

Böyük Britaniyanın Kembric Universitetinin bir qrup tədqiqatçısı müəyyən edib ki, radiasiyanın hətta üç seans kompüter tomoqrafiyasının keçirilməsinə ekvivalent olan, lakin insan üçün təhlükəsiz hesab edilən ən kiçik dozaları belə onkoloji xəstəliklər törədən p53 gen mutasiyaları ilə hüceyrələrin sayını artırır.

Median.Az
AZƏRTAC-a istinadən bildirir ki, bu barədə "MedicalXpress" nəşri yazıb.

Alimlər müəyyən ediblər ki, şüalanmanın hətta təhlükəsiz səviyyələri p52 genində xərçəngə tutulma riskini artıran mutasiyalı hüceyrələrin sayını çoxaldır. Eksperimentlər göstərib ki, rentgendən əvvəl orqanizmə antioksidantların yeridilməsi sağlam hüceyrələrin "korlanmış" p53 geni ilə əmələ gələn hüceyrələrə qarşı uğurla mübarizə aparmasına imkan verir. Lakin alimlər hesab edirlər ki, belə terapiyanın sağlam toxumalara da ziyan vurmaq, qüsurlu hüceyrələrin yayılmasına şərait yaratmaq ehtimalı var.

Tədqiqat müəlliflərindən biri, Kembric Universitetinin professoru Fil Cons bildirib ki, kompüter tomoqrafiyası və rentgen riskləri axıradək öyrənilməyib. Bu iş aşağı dozalı radiasiyanın fəsadlarını və onun səbəb ola biləcəyi təhlükələri daha yaxşı başa düşməyə kömək edir.

Xərçəngə çevrilmək ehtimalı olan mutant hüceyrələr, o cümlədən р53 mutasiyalı hüceyrələr bütün insanların orqanizmində var. İnsan yaşa dolduqca onların da sayı artır. Lakin bu hüceyrələrin yalnız cüzi hissəsi sonralar bədxassəli hüceyrələrə çevrilir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 771 23.07.19 23:00