Qlütenə qarşı dözümsüzlüyə qadınlar arasında daha çox rast gəlinir » Median.Az - Bütün xəbərlər bir ünvanda
16:42 Nazir: Gələn il işədüzəltmə ilə bağlı hədəf 130 min nəfərdir  |     16:35 Sabah hava dəyişkən buludlu olacaq, arabir tutulacaq - PROQNOZ  |     16:21 Azərbaycanda alimentin məbləği artırılır  |     16:11 Gəncədə qadın sirkə içib öldü  |     16:05 Niyam Rəmişin xanımını işdən çıxardıb?  |     15:55 Karantin cərimələri silinə bilərmi? - Hüquqşünasdan açıqlama  |     15:43 Filippində tayfunlarının yaratdığı fəlakətlərdə 12 nəfər həyatını itirdi  |     15:33 Gələn il bu pensiya 400 manatdan çox olacaq  |     15:22 Bakıda tikintidə FACİƏ: 69 yaşlı usta yıxılıb öldü  |     15:11 Vətəndaşlar hansı dərmanları apteklərdən pulsuz ala biləcəklər? - Hamının gözlədiyi cavab (VİDEO)  |     15:04 Azərbaycanda 4 il sonra minimum istehlak səbətinin tərkibinə yenidən baxılacaq  |     14:36 Umayra Tağıyeva: Meşələrin qırılmasına qarşı siyasəti gücləndirməliyik  |     14:26 Zaxarova: "Moskva COP29-un Bakıda mükəmməl təşkilini yüksək qiymətləndirir"  |     14:13 Sahil Babayev: Əlilliyin təyin olunması ilə bağlı problemi olanlar bizə müraciət etsinlər  |     13:56 Azərbaycanda toy etmək üçün nə qədər pul lazımdır?  |     13:47 AzTU-da 3 aydır tələbə təqaüdləri verilmir? - Universitet aydınlıq gətirdi  |     13:27 46 avtobus marşrutunun fəaliyyəti bərpa edilir  |     13:19 Evdə dərman saxlayarkən bunlara DİQQƏT edin, yoxsa zəhər olar…  |     13:13 Bakıda 170 minlik dələduzluq edən şəxs hakim qarşısında  |     12:52 Pensiyaların ödəniləcəyi tarix bilindi  |    

Qlütenə qarşı dözümsüzlüyə qadınlar arasında daha çox rast gəlinir

Qlüten və ya onun fraksiyası qliadin dənli bitkilərin, buğda, arpa, çovdar, yulafın yüksəkmolekullu proteinidir. Qlüten unun çörəkbişirmə xassələrini səciyyələndirən əsas amildir. Belə ki, qlüten sayəsində xəmir elastik və yumşaq olur, yaxşı köpür. Yer kürəsində hər 150 insandan birində qlütenə qarşı dözümsüzlük var. Qlütenə qarşı dözümsüzlük seliakiya, çölyak xəstəliyi, qlüten enteropatiyası adlanır. Çölyak xəstəliyinə səbəb nazik bağırsağın selikli qişasında qlütenparçalayıcı fermentin az əmələ gəlməsi və ya anadangəlmə olmamasıdır. Həyatın müxtəlif mərhələlərində qlütenə qarşı dözümsüzlük aşkarlana bilər. Xüsusilə körpələrdə klassik kliniki simptomlar 4-8 ayından etibarən özünü göstərə bilər. Bu əsasən ana südündən digər qidalanmalara, sıyıqlara keçdikdə qeydə alınır. Xəstəlik yorğunluq, zəiflik, qarın nahiyəsində ağrılar, ishal, qəbizlik və ya hər ikisinin bir biri ilə növbələşməsi, uşaqlarda boyun inkişafdan qalması, osteoporoz, dəri xəstəlikləri, dəmir və fol turşusu defisiti anemiyalar müşahidə oluna bilər. Bu əlamətlər qeydə alındıqda mütləq həkimə müraciət etmək lazımdır.

Qlüten həssaslığı irsi-genetik yolla ötürülür və autoimmun xəstəliklər qrupuna aiddir. Bu xəstəliyə qadınlar arasında daha çox rast gəlinir. Bəzən seliakiya xəstəliyi uzun müddət gizli qalır, lakin stressdən və virus infeksiyalarından sonra aqressivləşir və üzə çıxır.

Median.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Mərkəzi Neftçilər Xəstəxanasının həkim-terapevti Billurə Həsənova məlumat verib.

Həkim-terapevt bildirib ki, xəstəliyin diaqnostikası spesifik immunoloji analizlər və biopsiya nəticəsində qoyulur. Sağlam insanlarda un məmulatları normal mənimsənildiyi halda çölyak xəstələrində qlütenin təsirindən nazik bağırsaqda immun reaksiyalarının yaranması səbəbindən bağırsaq epiteli zədələnir, selikli qişa hamarlaşır və nəticədə qida maddələrinin sorulması pozulur. Qlüten həssaslığı olanlarda onun milliqramla miqdarı belə dözümsüzlüyə, autoimmun proseslərin yaranmasına və bağırsaq iltihabına səbəb olur. İrəliləmiş hallarda isə iltihab nazik bağırsağı tam əhatə edə bilər. Nazik bağırsaq orqanizmdə çox vacib elementlərin sorulmasında iştirak edən selikli qişaya malikdir. Bu xəstələrdə selikli qişanın tamlığı pozulduğu üçün dəmir və fol defisitləri və anemiyalar, mikroelementlərin çatışmazlığı, kalsium, maqnezium itkisi olduğu səbəbindən osteoporozlar, döş qəfəsində ağrılar, çanaq nahiyəsində, sümüklərdə ağrı, deformasiyalar müşahidə olunur. Hətta nevroloji xəstəliklər, apatiyalar, depressiyalar, əsəbilik, o cümlədən şizofreniya da yarana bilər. Onu demək olar ki, bu dözümsüzlük nəticəsində irəliləmiş hallarda daha çətin bərpa olunan proseslər baş verir.

Mütəxəssis, həmçinin deyib: "Xəstəliyin müalicəsində ilk addım pəhriz saxlamaqdır. Pəhriz zamanı qida rasionundan buğda, çovdar, arpa və yulaf, mayonez, ketçup, hazır souslar çıxarılmalıdır. Qarğıdalı unundan, kartof, soyadan hazırlanmış məhsullar, o cümlədən ət məhsulları istənilən şəkildə istifadə oluna bilər. Yalnız suxarı ununa batırılmış ət məhsulları istisna edilməlidir. Şorbalara un məhsulları qatılmamalı, şirniyyatlar qlütensiz olmalıdırlar.

İnsanlar qlütensiz qidalanma ilə bağlı maarifləndirilməlidirlər. Hazırda inkişaf etmiş ölkələrdə, o cümlədən Azərbaycanda supermarketlərdə qlütensiz qida adlanan şöbələr var. Qlütensiz qidaların qablaşdırmalarında buğda şəklinin üzərindən xətt çəkilir və ya "free gluten" yazılır".

скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            3 199 13.06.19 23:15