Azərbaycanlı həkim nigeriyalı qadına dünyanı görmək “şansı verdi” » Median.Az - Bütün xəbərlər bir ünvanda
16:35 Sabah hava dəyişkən buludlu olacaq, arabir tutulacaq - PROQNOZ  |     16:21 Azərbaycanda alimentin məbləği artırılır  |     16:11 Gəncədə qadın sirkə içib öldü  |     16:05 Niyam Rəmişin xanımını işdən çıxardıb?  |     15:55 Karantin cərimələri silinə bilərmi? - Hüquqşünasdan açıqlama  |     15:43 Filippində tayfunlarının yaratdığı fəlakətlərdə 12 nəfər həyatını itirdi  |     15:33 Gələn il bu pensiya 400 manatdan çox olacaq  |     15:22 Bakıda tikintidə FACİƏ: 69 yaşlı usta yıxılıb öldü  |     15:11 Vətəndaşlar hansı dərmanları apteklərdən pulsuz ala biləcəklər? - Hamının gözlədiyi cavab (VİDEO)  |     15:04 Azərbaycanda 4 il sonra minimum istehlak səbətinin tərkibinə yenidən baxılacaq  |     14:36 Umayra Tağıyeva: Meşələrin qırılmasına qarşı siyasəti gücləndirməliyik  |     14:26 Zaxarova: "Moskva COP29-un Bakıda mükəmməl təşkilini yüksək qiymətləndirir"  |     14:13 Sahil Babayev: Əlilliyin təyin olunması ilə bağlı problemi olanlar bizə müraciət etsinlər  |     13:56 Azərbaycanda toy etmək üçün nə qədər pul lazımdır?  |     13:47 AzTU-da 3 aydır tələbə təqaüdləri verilmir? - Universitet aydınlıq gətirdi  |     13:27 46 avtobus marşrutunun fəaliyyəti bərpa edilir  |     13:19 Evdə dərman saxlayarkən bunlara DİQQƏT edin, yoxsa zəhər olar…  |     13:13 Bakıda 170 minlik dələduzluq edən şəxs hakim qarşısında  |     12:52 Pensiyaların ödəniləcəyi tarix bilindi  |     12:41 Azərbaycan avtomobil idxalını azaldıb  |    

Azərbaycanlı həkim nigeriyalı qadına dünyanı görmək “şansı verdi”

Nigeriyada könüllü türk həkimlərin pulsuz göz müayinəsinə görmə əngəlli övladını gətirən Xədicə Şəfahatü gözlərində katarakt olduğunun ortaya çıxmasından sonra əməliyyata alınıb.

Median.Az
“Anadolu”ya istinadən xəbər verir ki, əməliyyatdan sonra Şəfahatünün görmə qabiliyyəti bərpa olunub.

Anadangəlmə katarakt olduğu üçün gözləri görməyən 25 yaşlı X.Şəfahatü əməliyyatdan bir gün sonra ilk dəfə övladını, ərini və dünyanı görə bilməyin xoşbəxtliyini yaşayıb.

Türk həkimlərin qurduğu Könüllülər Dərnəyi ilə Nigeriyaya gedən həkimlər Afrika Korluqla Mübarizə Layihəsi (AFAP) çərçivəsində “Bir milyon katarak əməliyyatı” layihəsini həyata keçirir və görməyənlərə ümid olurlar.

Dərnəklə Nigeriyaya gedən və Bakıda özəl xəstəxanaların birində çalışan göz xəstəliklər mütəxəssisi Mehriban Əlizadə Xədicə Şəfahatünün əməliyyat olunması barədə “Anadolu” agentliyinə danışıb.

“Xədicə xanım görməyən övladını əməliyyat etdirmək üçün gətirmişdi. Onu görəndə baxışlarındakı qəribəliyi sezdim. Diqqət etdim, gördüm ki, gözündə ağ katarakt var. Xəstəni əməliyyata aldıq və gözlərinə linza qoyduq”, - Əlizadə deyib.

“Gözləri açılan Xədicə xanım necə güləcəyini bilmirdi. Bu, bizi duyğulandırdı”, - deyən Əlizadə bildirib ki, Xədicə gözləri açıldıqdan sonra xoşbəxtlikdən ağlamağa başlayıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            6 035 06.08.18 11:18