Qadınlar arasında dəb halını almış silikonlaşmanın qoxrunc zərərləri » Median.Az - Bütün xəbərlər bir ünvanda
13:27 46 avtobus marşrutunun fəaliyyəti bərpa edilir  |     13:19 Evdə dərman saxlayarkən bunlara DİQQƏT edin, yoxsa zəhər olar…  |     13:13 Bakıda 170 minlik dələduzluq edən şəxs hakim qarşısında  |     12:52 Pensiyaların ödəniləcəyi tarix bilindi  |     12:41 Azərbaycan avtomobil idxalını azaldıb  |     12:39 Ermənistan Hindistanla danışıqlar aparır: Yeni artilleriya sistemləri alacaq  |     12:36 Nazir direktoru işdən çıxardı - YENİ TƏYİNAT  |     12:33 Maşının texniki baxışdan keçirilməsi üçün rüşvət alan sabiq vəzifəli şəxslə bağlı QƏRAR  |     12:32 Bakıda 170 minlik "iPhone" "atan" şəxs yenidən hakim qarşısında  |     12:31 Ermənistanda 44 günlük müharibədə oğurlanan silah-sursatların bir qismi tapıldı  |     12:28 Ağlaması qətlinə səbəb oldu: Moskva vilayətində dəhşətli cinayət  |     12:27 Son altı ildə qasırğaların gücünün artmasının səbəbi məlum oldu  |     12:26 Bölgələrdə uşaq bağçalarının istilik sistemi var, ancaq işləmir - VİDEO  |     12:23 Hacıqabulda məktəbli faciəli şəkildə ÖLDÜ  |     12:21 Valideynlərin NƏZƏRİNƏ: Uşaqlar arasında təhlükəli virus YAYILIB - VİDEO  |     12:14 İtaliyada lentlə yapışdırılan banan əsəri fantastik qiymətə satıldı  |     12:07 Azərbaycan hərbçiləri Türkiyədə təlimdə iştirak edirlər  |     12:00 Azərbaycan Ordusunun hərbi qulluqçusu dəfn olunub  |     11:49 Bakıda 59 yaşlı qadın qəzada ağır xəsarət aldı  |     11:44 Ağdamda 23 yaşlı qız yoxa çıxdı  |    

Qadınlar arasında dəb halını almış silikonlaşmanın qoxrunc zərərləri

Son illərdə qadınlar arasında bədənşəkilləndirmə, silikon taxdırmaq dəb halını alıb. Xanımların bir çoxu gözəlləşmək üçün sağlamlığını gözardı edərək bəzən ağır xəstəliklərlə mübarizə aparmalı olurlar. Xüsusilə də silikon implantı qadınlar sinələrinə qoydururlar.

Maraqlıdır, bədənə qoyulan bu yad cisim, yəni silikon implant insan sağlamlığına hansı zərərləri vura bilər?

Həkim-cərrah Adil Qeybulla Bizim.Media-ya bildirib ki, fillerlərin (dolğu) bir qrupu hialuron turşusu əsaslıdır və orqanizmə ziyan vurmur:

"Çünki hialuron turşusu özü orqanizmdə istehsal olunur. Bunlar xüsusən üz qırışlarının açılması məqsədilə işlənir. Bir qrup filler isə augmentasiya məqsədilə işlənir, yəni böyütmək xarakteri daşıyır. Süd vəzilərini, baldırları, bədənin digər hissələrini bu üsulla böyüdürlər”.

A.Qeybulla qeyd edib ki, silikon implantlar ABŞ-da tam qeydiyyatdan keçməyib, amma istehsal var və tətbiq edilir:

"Bunların üzəri xüsusi materialla örtülü olur, indeferentdir və silikon həmin materialın içində olur. Yəni bu materialın hansısa xərçəng şişi yaratmaq kimi qabiliyyəti sübut olunmayıb, sadəcə olaraq müxtəlif fəsadlar yarada bilirlər. Yəni yerindən sürüşə, kapisulyar kontraktura verə bilirlər və s.”.

Həkim-terapevt Zakir Quliyev isə bildirib ki, dolğular tibb təhsili olan kosmetoloqlar tərəfindən həyata keçirilməlidir:

"Çünki tibb təhsili almayan kosmetoloqlar tərəfindən edilən dolğular çox böyük fəsadlara səbəb ola bilər. Gellər təbii və süni olmaqla iki cür olur. Təbii gellərin üstünlüyü ondadır ki, bədən onu yad cisim kimi qəbul etmir və istifadə ediləndə orqanizm ona reaksiya göstərmir”.

Z.Quliyev onu da qeyd edib ki, süni gelləri bədən yad və təhlükəli cisim kimi qəbul edir və bu, böyük problemlərə yol açır:

"Silikon implantın tərkibindəki gel insan toxumasına sızdıqda sovrulmur və bir sıra ağırlaşmaların meydana gəlməsinə səbəb olur. Taxıldığı yer infeksiyalaşarsa, bu bəzən bütün bədənə yayıla və sepsisə gətirib çıxara bilər. Eyni zamanda silikon allergik reaksiya, anafilaktik şok, hətta xərçəngə səbəb ola bilir”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            453 19.06.24 22:20