Alimlər D vitamininin gündəlik dozasını əldə etməyin yollarını tapıblar » Median.Az - Bütün xəbərlər bir ünvanda
20:37 İkiqat Olimpiya çempionu məşq zamanı qəzaya uğradı  |     20:15 Suriya ordusu Həmaya əlavə qüvvələr göndərir  |     19:59 "Beşiktaş"ın yeni prezidenti dekabrın 29-da məlum olacaq  |     19:31 Latviya, Litva və Estoniyanın Gürcüstandakı səfirləri XİN-ə çağırılıblar  |     19:19 DİN Rüfət Səfərovun saxlanılmasına aydınlıq gətirdi  |     18:51 İranda universitetdə Azərbaycan türkcəsi təliminə məhdudiyyət qoyulub  |     18:35 Qadın voleybolçular arasında Yüksək Liqada I turun qarşılaşmaları keçirilib  |     18:25 Cənubi Koreya prezidenti ölkədə hərbi vəziyyət elan etdi  |     18:17 "Sədərək" ticarət mərkəzini su basdı - VİDEO  |     18:03 Azərbaycanda zavodda qurğuya düşən usta vəfat edib  |     17:42 Yerə iki potensial təhlükəli asteroid yaxınlaşır – Detallar  |     17:36 Azərbaycanda mülki silahın əldə edilməsi proseduru elektronlaşdırılır  |     17:27 Naxçıvanda üç rayonun Təhsil Şöbəsinə yeni müdirlər təyin olunub  |     16:56 Azərbaycan və İran XİN rəhbərləri görüşüb  |     15:36 "BakıKart"ın problemi nə vaxt həll ediləcək? -Rəsmi açıqlama  |     15:24 Azərbaycanda bu şəxslərin pensiyası artacaq  |     15:13 Bakıda keçmiş nazir müavinini maşın vurub öldürdü  |     15:07 İraqda 5 PKK terrorçusu zərərsizləşdirildi  |     14:45 Bəzi yerlərdə leysan yağacaq, duman olacaq - SABAHIN HAVASI  |     14:29 Üç vəkilin fəaliyyəti dayandırılıb  |    

Alimlər D vitamininin gündəlik dozasını əldə etməyin yollarını tapıblar

Alimlər yaşayış bölgəsindən, ilin vaxtından və insan dərisinin rəngindən asılı olaraq günəşin təsiri altında D vitamininin gündəlik dozasının alınması üçün optimal şərtləri müəyyən ediblər.

Median.Az
oxu.az-a istinadən xəbər verir ki, araşdırmanın nəticələri "Nutrients" jurnalında dərc olunub.

Dəri qatında D vitamininin gündəlik dozasının sintez olunması üçün buludsuz havada, ağ dərili insanlar günəş altında 3 ilə 15 dəqiqə arasında qalmalıdırlar, şimal (daha yüksək enlik) bölgələrdə isə günəşin təsir müddəti daha uzun olmalıdır. Tünd dərili insanlar günəşdə daha uzun müddət qalmalıdırlar (yüksək enliklərdə təxminən bir saat). Buludlu havada günəş işığına məruz qalma müddəti ekvatorial bölgələrdə təxminən 15, yüksək enliklərdə isə 60%-ə qədər artırılmalıdır.

Modelləşdirmə zamanı elm adamları insanın adi, çox açıq olmayan paltar geyinəcəyini və dik duracağını təxmin ediblər.

Tədqiqatın müəllifləri fərdi xüsusiyyətləri və yerli iqlim şəraitini nəzərə almaq üçün fərdi tövsiyələrə ehtiyac olduğunu vurğulayırlar.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            441 11.06.24 22:38