Mövsümi qriplə mübarizə necə aparılmalıdır? - AÇIQLAMA » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:55 Suriya Rusiyadan Bəşər Əsədin ekstradisiyasını tələb edib  |     22:48 Ukrayna səfiri Slovakiya XİN-ə çağırılıb  |     22:41 Qobustanda kişi tövlədə özünü ASDI  |     22:34 Xalq artisti Fatma Mahmudova insult keçirib  |     22:20 Fərid Qayıbov Samir Şərifovun müavini oldu  |     21:57 Ən yüksək və ən aşağı seçici fəallığı olan dairələr açıqlanıb  |     21:53 AŞPA Gürcüstan hakimiyyətindən yeni parlament seçkiləri keçirilməsini tələb edib  |     21:10 İsrail BMT-nin qaçqınlarla iş üzrə agentliyinin ölkədəki fəaliyyətini dayandırır  |     21:10 Sabah Bakının bu ərazilərində qaz olmayacaq  |     20:46 Xəzər dənizinin üzərindən uçan sərnişin təyyarəsi qəza siqnalı verdi  |     20:17 Fatma Mahmudova xəstəxanaya YERLƏŞDİRİLDİ  |     19:55 Deputatın köməkçisi vətəndaşın adından kredit götürüb? - İDDİA  |     19:44 Ukraynaya 12-ci hərbi yardım paketi ayrılacaq  |     19:31 Bakıda 75 yaşlı kişiyə dələduzluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb  |     19:19 Universitet müəllimi vəfat etdi  |     19:10 Fransada "Binance"a qarşı çirkli pulların yuyulması iddiası qaldırıldı  |     19:09 “Alibaba” “DeepSeek”ə qarşı süni intellekt modelinin yeni versiyasını təqdim edib  |     19:08 Tramp prezidentliyinin doqquz günü ərzində rekord sayda fərman imzalayıb  |     19:07 Qırğızıstanda ilk ekoloji təmiz şəhər inşa ediləcək  |     19:05 709 azərbaycanlı qeyri-qanuni miqrant ABŞ-dən deportasiya olunacaq  |    

Mövsümi qriplə mübarizə necə aparılmalıdır? - AÇIQLAMA

Qış aylarında və ya mövsümi keçidlərdə insanların ən böyük problemlərindən biri qripdir. Mövsümi qrip xüsusilə tənəffüs və qan dövranı sisteminə təsir edir və bütün orqanlarda müxtəlif zədələnmələrlə müşahidə edilir.

Bunu Trend-ə açıqlamasında pediatr-infeksionist Aytən Ziyadova deyib.

Onun sözlərinə görə, ümumi bədən müqaviməti güclü olduğu təqdirdə mövsümi qripin ciddi fəsadları yaranmır: "Lakin yaşlılarda, yenidoğulanlarda, immun sistemini zəiflədən xroniki xəstəliklərə, qan dövranı və tənəffüs sistemi xəstəliklərinə malik insanlarda mövsümi qrip son dərəcə ağır fəsadlarla nəticələnə bilər. Bu səbəbdən zamanında qrip əleyhinə peyvənd olunmağı tövsiyə edirik".

Həkim, həmçinin qeyd edib ki, qripdən qorunmaq üçün mütləq bir sıra simptomlara diqqət etməliyik: "Tənəffüs zamanı yaranan çətinlik, yüksək hərarət, boğazda yanma və ya ağrı hissi, baş ağrısı, həddən artıq yorğunluq qrip əlamətləri sayılır. Bir çox insan mövsümi qripə laqeyd yanaşır, həkimə getmə ehtiyacı duymur. Lakin bu, çox yanlış yanaşmadır. Mövsümi qrip son dərəcə ağır və riskli keçirilə bilən xəstəlikdir. Bu səbəbdən qış fəslinin əvvəlində mütəxəssislərin məsləhəti ilə qrip əleyhinə peyvəndin vurulmasını tövsiyə edirik. Bu üsulla qripə səbəb olacaq viruslara qarşı orqanizm özünü bir il müddətində müdafiə edə bilər".скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            963 27.10.21 22:30