İnsan dünyaya gələndən ona müxtəlif ağır xəstəliklərə qarşı peyvəndlər elə doğum evindən başlanaraq vurulur.
1 yaşına qədər körpə hepatit B, vərəm, polimiolit, qızılca, göy öskürək, difteriya əleyhinə vaksinasiyadan keçir.
Lakin elə xəstəlik vaksinləri var ki, onları bir müddətdən sonra yuxarı yaşda təkrar etdirmək lazımdır. Bu zaman artıq 30-40 yaşlı insan özü bu qərarı verib əməl etməlidir.
Median.Az 30 yaşdan sonra olunmalı peyvəndləri təqdim edir.
Hansı xəstəliklərdən orta yaşlarda peyvənd vurdurmaq lazımdır:
Qrip viruslarına qarşı - ildə bir dəfə sentyabr-oktyabr aylarında həm dövlət, həm də özəl klinikalarda vurdurmaq olar.
Difteriya və tetanus əleyhinə peyvənd - hər 10 ildən bir təkrarlanmalıdır. 24-26 yaşında, 34-36, 45-46 yaşında və s
İnsan papiloma virusu - daha çox qadınlarda 90% hallarda uşaqlıq yolu xərçənginə səbəb olur. Ona görə bu virusa qarşı peyvəndi bütün qadın və gənc qızlar vurdurmalıdır.45 yaşa kimi bu peyvənd olunmalıdır.
Ensefalitə qarşı peyvənd - hər 3 ildən bir olunur.
Müəyyən peşə və işlərdə təhlükə ilə bağlı peyvəndlər - məsələn vəhşi heyvanlar, heyvandarlıq, qanla, analizlə işləyənlər - bu peyvəndləri hər bir işəgötürən təqdim etməlidir
Yeni vaksin - Koronavirus
Hazırda pandemiya bitmədiyi üçün kovid vaksini hər 6 aydan bir vurulmalıdır.
Yaxşı olar ki, vaksindən sonra antitellər yoxlansın.
İstənilən vaksindən öncə ailə həkimi, terapevtlə görüşüb, bəzi analizləri verməlisiz.
Tibb işçiləri və müəllimlər mütləq hepatit B peyvəndi olmalıdırlar.
Hamiləlik planlayan şəxslər papiloma və məxmərək vaksini edib, sonra hamilə qalmalıdırlar. /medicina.az