KOVID-19 ağır formasna qarşı D vitamini faydasız hesab edilib » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:55 Suriya Rusiyadan Bəşər Əsədin ekstradisiyasını tələb edib  |     22:48 Ukrayna səfiri Slovakiya XİN-ə çağırılıb  |     22:41 Qobustanda kişi tövlədə özünü ASDI  |     22:34 Xalq artisti Fatma Mahmudova insult keçirib  |     22:20 Fərid Qayıbov Samir Şərifovun müavini oldu  |     21:57 Ən yüksək və ən aşağı seçici fəallığı olan dairələr açıqlanıb  |     21:53 AŞPA Gürcüstan hakimiyyətindən yeni parlament seçkiləri keçirilməsini tələb edib  |     21:10 İsrail BMT-nin qaçqınlarla iş üzrə agentliyinin ölkədəki fəaliyyətini dayandırır  |     21:10 Sabah Bakının bu ərazilərində qaz olmayacaq  |     20:46 Xəzər dənizinin üzərindən uçan sərnişin təyyarəsi qəza siqnalı verdi  |     20:17 Fatma Mahmudova xəstəxanaya YERLƏŞDİRİLDİ  |     19:55 Deputatın köməkçisi vətəndaşın adından kredit götürüb? - İDDİA  |     19:44 Ukraynaya 12-ci hərbi yardım paketi ayrılacaq  |     19:31 Bakıda 75 yaşlı kişiyə dələduzluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb  |     19:19 Universitet müəllimi vəfat etdi  |     19:10 Fransada "Binance"a qarşı çirkli pulların yuyulması iddiası qaldırıldı  |     19:09 “Alibaba” “DeepSeek”ə qarşı süni intellekt modelinin yeni versiyasını təqdim edib  |     19:08 Tramp prezidentliyinin doqquz günü ərzində rekord sayda fərman imzalayıb  |     19:07 Qırğızıstanda ilk ekoloji təmiz şəhər inşa ediləcək  |     19:05 709 azərbaycanlı qeyri-qanuni miqrant ABŞ-dən deportasiya olunacaq  |    

KOVID-19 ağır formasna qarşı D vitamini faydasız hesab edilib

Qərb həkimləri yüksək dozada D vitamininin orta və ağır KOVID-19 xəstələrinin vəziyyətini yaxşılaşdırmağa qadir olmadığı qənaətinə gəlib. Randomizə edilmiş, plasebo (yan təsiri olmayan, dərmanı imitasiya edən vasitə) nəzarətli sınaqda, iki qrupa bölünmüş 240 koronavirus xəstəsi iştirak edib.

Median.Az
deyerler.org-a istinadən bildirir ki, iştirakçıların bir qrupu, fıstıq yağı içərisində olan 200.000 beynəlxalq vahid dozada D3 vitamini qəbul edib. Nəzarət qrupuna fıstıq yağı görünüşündə plasebo verilib. Bütün xəstələr antibiotiklər və iltihab əleyhinə dərmanlar daxil olmaqla, standart müalicə kursu keçib. Tədqiqatın əsas məqsədi, xəstəxanada qalma müddətini potensial olaraq azalda bilən D vitaminini yoxlamaq olub. Bununla birlikdə, alimlər bunun reanimasiya şöbəsinə müraciət, intubasiya və ya ölüm riski üzərindəki təsirini də qiymətləndirib. Şiddətli KOVID-19 olan xəstələrdə yüksək dozada D vitamini istifadə etmək üçün heç bir əsas olmadığı ortaya çıxıb, ancaq bu, vitaminin daimi qəbulundan heç bir müsbət təsir olmadığı anlamına gəlmir. Mütəxəssislərin fikrincə, yaşlılarda və osteoporoz kimi xroniki xəstələrdə D vitamini səviyyəsi millilitr qan hesabına 30 nanoqramdan çox olmalıdır.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            939 06.05.21 23:47