Ramazan ayının olmazsa-olmazı xurmadır. Amma satışda qlükozaya batırılaraq satılan xurmalar var ki, bu da sağlamlığımız üçün təhlükəlidir.
Median.Az xəbər verir ki, mütəxəssis Serhat Koran bunula bağlı xəbərdarlıq edib:
XƏRÇƏNG HÜCEYRƏLƏRİNİ ARTIRIR
"Qlükozaya batırılan xurmalar adətən çox yapışqan, parlaq və kiçik olur. Qlükoza qan şəkərini yüksəldir, ürək-damar sağlamlığına mənfi təsir edir. Onun mədəaltı vəzi xərçənginə səbəb olması ilə bağlı çalışmalar var. Orqanizmdə xərçəng varsa, xərçəng hüceyrələrini artırır, bəsləyir. Buna görə də xurma alarkən çox diqqətli olmaq lazımdır"
"XURMA İMMUN SİSTEMİNİ GÜCLƏNDİRİR"
"Xurma aclıq hissini, susuzluğu azaldır, enerji verir. Tərkibində yüksək miqdarda potasium var. Potasium isə həm ürək-damar, həm də təzyiq üçün çox faydalıdır. Tərkibində həmçinin, selenyum və beta qlükan dediyimiz maddələr var. Bu maddələr də anti-kanserogen təsirlidir. Bundan başqa yüksək səviyyədə flor var. Flor isə diş və sümük sağlamlığı üçün faydalıdır. Çox yemək isə ishal və allergiyaya səbəb ola bilər. Şəkər miqdarı yüksək olduğu üçün şəkəri yüksəldə bilər. Buna görə də xurmanı iftarda 1, imsakda 2 ədəd yeyə bilərsiniz".
"MƏDƏALTI VƏZİ XƏRÇƏNGİNƏ DAİR ÇALIŞMALAR VAR"
"Ərəb ölkələrində hazırlanan xurmalar daha böyük və şirin olur. Afrika bölgəsində yetişən xurmalar isə daha kiçik və dadsız olur. Bu xurmaları dadlandırmaq və daha parlaq göstərmək üçün qlükozanı üzərinə çəkirlər. Bu da qanda şəkəri yüksəldir, ürək-damar sisteminə ziyan edir. Bədəndə xərçəng varsa, xərçəng hüceyrələrini bəsləyir. Buna görə də xurma alarkən diqqətli olmaq lazımdır".
"QİYMƏTİNƏ VƏ PAKETİNƏ DİQQƏT!"
"Qlükozaya batırılan xurmalar daha ucuzdur. Ucuz satılanlardan isə qaçmaq lazımdır. Qlükozaya batırılmış xurmalar bağırsaqda gec həzm olunur. Təbii xurmadakı şəkər isə orqanizmdən yavaş-yavaş həll olur və iftara qədər qan şəkərimizi normada saxlayır". /medicina.az