Ermənistanla sərhəddə hərbçimiz yaralandı - Elçin Quliyev hadisə yerində » Median.Az - Bütün xəbərlər bir ünvanda
13:51 "Neftçi" Ramil Şeydayevi transfer edib  |     13:42 Aşura günü 611 litr qan tədarük olunub  |     13:32 DİN-dən qəzanı mobil telefona çəkənlərə XƏBƏRDARLIQ  |     13:21 Naxçıvanda nazir vəzifəsinə TƏYİNAT  |     13:19 III kurs tələbəsinin ölüm səbəbi BİLİNDİ  |     12:53 Zakir Həsənov Qazaxıstana getdi  |     12:31 Azərbaycanda 17 yaşlı gənc doğuşa girdi: Körpəsi öldü (YENİLƏNİB)  |     12:29 Azərinin "bozqurd" işarəsinə Ərdoğandan REAKSİYA - VİDEO  |     12:26 Bakıda qrilin içindən qurd çıxdı - VİDEO (YENİLƏNİB)  |     12:23 Qanunsuz balıq ovu ilə məşğul olan şəxs saxlanılıb - VİDEO  |     12:22 Azərbaycanda tut ağaclarında kütləvi xəstəlik yayılıb  |     12:20 Hərbçi arvadını öldürən ərə HÖKM OXUNDU  |     12:19 Bakıda usta 3-cü mərtəbədən yıxılıb  |     12:18 Bakıda iki qadın xəstəxanalıq oldu  |     12:17 Səhər saatlarında Bakı metrosunda problem yarandı  |     12:15 Bağçalara ərizələrin onlayn qeydiyyatı başlayır  |     12:12 İli köhnə olan avtomobilləri taksi kimi qeydiyyatdan keçirmək mümkündür? - RƏSMİ(VİDEO)  |     12:09 Nərimanov parkının gecə GÖRÜNTÜLƏRİ (VİDEO)  |     11:55 İtaliyada it evə qayıtmaq üçün kilometrlərlə üzərək dənizi keçib  |     11:50 Geyim üstündə bıçaqlanma: "Banditə oxşayırsınız"  |    

Ermənistanla sərhəddə hərbçimiz yaralandı - Elçin Quliyev hadisə yerində

Bu gün saat 00:20 radələrində Ermənistan Silahlı Qüvvələrinin bölmələri tərəfindən Ermənistanın Noyemberyan rayonunun Zorakan kəndi istiqamətindən iriçaplı silahlardan atəş açılmaqla atəşkəs rejimi pozulub.

Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən, Qazax rayonunun II Şıxlı kəndi yaxınlığındakı sərhəd döyüş məntəqəsinin mövqeləri atəşə tutulub.

Cavab atəşi ilə düşmən susdurulub.

Bildirilib ki, hadisə zamanı Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qazax” sərhəd dəstəsinin sərhəd döyüş məntəqəsində döyüş növbəsində xidmət aparan əsgər Ceyhun Bayramov yaralanıb. Sərhədçi əsgərə dərhal təxirəsalınmaz tibbi yardım göstərilib və hazırda həyatı üçün təhlükə yoxdur.

Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev hadisə yerində olub, sərhəd döyüş məntəqəsinin şəxsi heyəti ilə görüşüb, xidməti-döyüş fəaliyyətinin daha da gücləndirilməsi istiqamətində müvafiq tapşırıqlar verib.






скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 492 18.07.19 12:58