General: Ordumuzun hərbi əməliyyatı erməni xalqının faciəsinə çevriləcək » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:13 “Bu, Ukraynanın sonu deməkdir” - Zaxarova  |     21:45 Bakıda COP29-un bağlanış plenar sessiyası keçirilir  |     21:35 Bələdiyyə sədrinin şirkəti yanğın təhlükəsizliyini pozub  |     21:27 Taliban səfiri və baş konsulu geri çağırdı, Almaniya hökuməti qərarı tanımadı  |     21:19 Qəza törətdi, "100-150 qram içmişəm" dedi - Həbs olundu  |     21:11 Kələmin qiyməti artacaq (AÇIQLAMA)  |     21:04 Müğənninin tələbə olan yeganə qızı gecə klubunda öldü  |     20:58 Gürcüstan prezidenti müxalifətin hərəkətlərindən narazı olduğunu bildirdi  |     20:43 "Uşaq bağçalarında təcrübəli kadrların yerini doldurmaq çətin olacaq" - Ekspert  |     20:36 Türkiyə ilə Rusiyanın XİN başçıları ikitərəfli münasibətləri və regional problemləri müzakirə ediblər  |     20:27 Türkiyə ordusu Suriya və İraqda yeddi terrorçu öldürüb  |     20:20 Azərbaycanda minik avtomobili istehsalı 87 % artıb  |     20:09 Türkiyədə Rusiyanın “UnionPay” kart sisteminə xidmət dayandırılıb  |     20:02 "Formula 1": Las Veqas Qran-prisinin sıralama turunda birinci olan pilot müəyyənləşib  |     19:54 Bu ilin on ayında 31 min nəfərdən çox şəxsə proaktiv qaydada pensiya təyin edilib  |     19:48 Livanda xəstəxanaların 10 %-i fəaliyyətini dayandırıb  |     19:39 Azərbaycanlı deputatlar Rusiyada beynəlxalq konfransa qatılacaqlar  |     19:31 Marsdan olan meteoritdə qədim geotermal qaynaqların izləri aşkar edilib  |     19:26 Aİ və Çin elektromobillərdə rüsumların ləğvi ilə bağlı razılığa yaxındırlar  |     19:18 Kanadada 9 ildə ən böyük qızılca alovlanması qeydə alınıb  |    

General: Ordumuzun hərbi əməliyyatı erməni xalqının faciəsinə çevriləcək

Azərbaycan Ordusunun başlayacağı hərbi əməliyyat Ermənistan silahlı qüvvələrinin tam darmadağın olmasına və erməni xalqının qaçılmaz faciəsinə çevriləcəkdir.

Bunu Azərbaycan müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev Ermənistan silahlı qüvvələrinin qərargah rəisi Movses Akopyanın son müsahibəsini şərh edərkən bildirib.

“Bu cür məsuliyyətsiz bəyanatlar verməklə Ermənistan silahlı qüvvələrinin rəhbərliyi gələcəyinə inamını itirən erməni xalqını aldatmaqda davam edir. Hamıya məlumdur ki, Ermənistan prezidenti S.Sarqsyan çıxışlarından birində öz bacarıqsızlıqlarına haqq qazandırmaq məqsədilə aprel döyüşlərində keçən əsrin 80-ci illərinin istehsalı olan silah və texnika ilə vuruşduqlarını etiraf etmişdir.

Odur ki, cəmi bir-iki il ərzində cəmi 2-3 top və bir raket sistemi əldə etməklə yeni silahlanmadan qürrələnərək guya Azərbaycan Ordusuna ciddi itkilər verməyin mümkünlüyü barədə M.Akopyanın səsləndirdiyi fikirlər də cəfəngiyatdır.

Ən güclü iqtisadiyyata və maliyyə imkanlarına malik olan qüdrətli dövlətlər belə qısa zamanda ordunun silahlanmasını tam yeniləməyə qadir deyildir. Dilənçi payı və kredit hesabına yaşayan Ermənistan rəhbərliyinin isə bu barədə bəyanatlar səsləndirməsi belə gülüncdür”, - deyə müdafiə nazirinin müavini qeyd edib.

Kərim Vəliyev bildirib ki, M.Akopyan müsahibəsində Ermənistan ordusunun döyüş hazırlığı, cəbhə xəttindəki vəziyyət, döyüş əməliyyatlarının başlaması perspektivləri, guya Azərbaycan Ordusunun həmlələrinin qarşısını ala biləcəklərini də dilə gətirir.

“Bunu isə M.Akopyan həyata keçirmək niyyətində olduqları “ordunun 7 illik modernizasiya proqramı” ilə əlaqələndirir. Pərən-pərən olan cəmiyyət, dağılan iqtisadiyyat, faciəvi demoqrafik vəziyyət, mənəviyyatı çökmüş erməni ordusunun hökm sürdüyü Ermənistanda belə proqramların həyata keçirilməsindən danışmaq belə fantastikdir.

Əvvəllər müdafiə haqqında öz xalqına nağıllar danışan Ermənistan hərbi rəhbərliyi “keçilməz Ohanyan xəttindən” bəhs edirdisə, indi də ortalığa atdıqları “Sarkisyan xəttindən” dəm vururlar. Əslində isə aprel döyüşləri göstərdi ki, münaqişənin həlli mümkündür və xalqımızın torpaqlarımızı azad etmək əzminin qarşısı heç bir sədlə alına bilməz.

Sadəcə olaraq, Azərbaycan münaqişənin beynəlxalq hüquq norma və prinsipləri əsasında həll olunmasının tərəfdarıdır və bunun mümkünlüyünə inanır. Ancaq məsələ sülh yolu ilə həll edilməzsə, Azərbaycan istənilən güc və vasitə ilə ərazi bütövlüyünün təmin edilməsi hüququndan mütləq istifadə edəcəkdir. O zaman Azərbaycan Ordusunun başlayacağı hərbi əməliyyat Ermənistan silahlı qüvvələrinin tam darmadağın olmasına və erməni xalqının qaçılmaz faciəsinə çevriləcəkdir”, - deyə general yekunlaşdırıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            4 168 26.03.18 13:41