Azərbaycan və Türkiyə birgə hərbi təlim keçirəcək » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:47 Öz işini qurmaq istəyənlərə ŞAD XƏBƏR - Bu sahələrə pul veriləcək  |     22:17 Azərbaycanda fahişəliklə məşğul olan iranlı tələbələr ölkədən qovuldular  |     21:55 “İnstagram”da problem yarandı  |     21:31 ABŞ 250-yə yaxın fiziki və hüquqi şəxsə sanksiya tətbiq edib  |     21:26 Azərə yardım məqsədi ilə dələduzluğa cəhd etdilər  |     21:12 Moskvadan uçan təyyarə təcili geri qayıtdı - SƏBƏB  |     20:54 Sabirabadda 15 yaşlı yeniyetmə bıçaqlanıb  |     20:44 İnstaqramın fəaliyyətində problem yarandı  |     20:30 Çimnaz Sultanova vəfat etdi  |     20:11 Azərbaycan və Türkiyə birgə hərbi təlim keçirəcək  |     19:43 Paytaxtın 3 qəsəbəsi qazsız qalacaq  |     19:16 Vəfat edən 9 yaşlı Aytacın atası qızının yasına gəlməkdən imtina edibmiş - TƏFƏRRÜAT  |     18:59 Hərbi vəzifəlilərin təlim toplanışı KEÇİRİLİR: Tapşırıqlar İCRA EDİLƏCƏK - VİDEO  |     18:55 Messi "Barselona"ya geri dönür  |     18:55 Messi "Barselona"ya geri dönür  |     18:50 Ərdoğan Suriya XİN başçısını qəbul edib  |     18:42 Goranboyda iki maşın toqquşub, xəsarət alan var - FOTO  |     18:18 Ədliyyə nazirinin vətəndaş qəbulunun vaxtı dəyişib  |     17:16 Azərbaycan və Braziliya aqrar sahədə əməkdaşlıq edəcəklər  |     16:40 Kriştianu Ronaldu "Ən-Nəsr"in sahibi olmaq qərarına gəlib  |    

Azərbaycan və Türkiyə birgə hərbi təlim keçirəcək

Azərbaycan ilə Türkiyə arasında imzalanmış hərbi əməkdaşlıq haqqında sazişə uyğun olaraq, Türkiyənin Qars şəhərində keçiriləcək "Qış təlimi - 2025" birgə təliminə hazırlıq məqsədilə Azərbaycan-Türkiyə dövlət bayraqlarının dəyişmə mərasimi keçirilib.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Əlahiddə Ümumqoşun Ordu (ƏÜO) komandanlığından bayrağı qəbul edən bayraq taqımı Naxçıvan şəhərindən Sədərək sərhəd-keçid məntəqəsinə - Araz çayı üzərindəki "Ümid" körpüsünə doğru yürüşə başlayıb. Eyni zamanda, Türkiyənin bayraq taqımı da Qars şəhərindən mərasimin keçiriləcəyi ünvana doğru yürüş edib.

"Ümid" körpüsündə Azərbaycan və Türkiyə respublikalarının dövlət himnləri ifa edildikdən sonra bayraqların dəyişmə mərasimi olub.

Sonra təlimə cəlb ediləcək şəxsi heyət və hərbi texnikaların təlim yerinə yola salınması münasibətilə keçirilən tədbirdə ƏÜO komandanı general-mayor Kənan Seyidov çıxış edərək birgə hərbi təlimlərin əhəmiyyətindən danışıb, təlim iştirakçılarına uğurlar arzulayıb.

Tədbirdən sonra təlimə cəlb ediləcək bölmələr Naxçıvan şəhərindən yola düşüblər.

Təlimin planına əsasən yaşayış məntəqələrində, çətin relyefli ərazilərdə, dərin qar və şiddətli soyuqlarda müxtəlif təlim-döyüş tapşırıqlarının yerinə yetirilməsi nəzərdə tutulub.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            138 15.01.25 20:11