Ehtiyatda olan bir qrup hərbçi orduya ÇAĞIRILDI - FOTO » Median.Az - Bütün xəbərlər bir ünvanda
14:11 "Mahir ay brat" məhkəmə zalından azadlığa buraxıldı - FOTO  |     13:54 Özbəkistan Prezidenti: Bölgənin sülh məkanına çevrilməsindən çox şadam  |     13:54 Nəsimi rayonunda açıq ərazidə yanğın başlayıb  |     13:53 Rüşvət alan kapitana hökm oxundu  |     13:52 Xalq artisti Röya Ayxandan “Ağlama” mahnısına akustik nəfəs - VİDEO  |     13:51 Güclü külək Bakıda iki ağacı aşırıb  |     13:50 Xose konsertindən sonra çəkiliş qrupuna ödəniş etməyib - Videoqraf şikayətçidir  |     13:49 Konstitusiya Məhkəməsinə dörd yeni hakim təyin olunub  |     13:46 Vəsiyyətnamə yoxdursa, miras əmlak ögey övlada keçə bilməz - MÜHÜM QƏRAR  |     13:16 Azərbaycanda QHT sədri şantaj edildi, məhkəməyə üz tutdu  |     13:15 Milli Məclis Səudiyyə Ərəbistanı ilə bağlı memorandumu TƏSDİQLƏDİ  |     13:10 17 kq marixuana aşkarlandı: Əməliyyat yerindən görüntülər - VİDEO  |     12:55 Ukraynada hökumətin yaxın günlərdə istefası gözlənilir  |     12:54 Tovuzda narkokuryerlər saxlanılıblar  |     12:51 Daha bir futbolçu avtomobil qəzası keçirib - Vəziyyəti kritikdir  |     12:50 Azərbaycanlı tələbələr Çinin aparıcı universitetlərində təqaüdlə təhsil alacaqlar  |     12:49 Azərbaycan neftinin qiyməti 75 dollara yaxınlaşır  |     12:33 Beynəlxalq axtarışda olan daha bir şəxs Azərbaycana ekstradisiya edildi  |     12:31 "Apple" çılpaq vəziyyətdə edilən videozəngləri qadağan edəcək  |     12:11 Professorun oğlu faciəli şəkildə öldü - FOTO  |    

Ehtiyatda olan bir qrup hərbçi orduya ÇAĞIRILDI - FOTO

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2024-cü il üçün hazırlıq planına əsasən, “N” hərbi hissəsində bir qrup hərbi vəzifəlilərin iştirakı ilə keçirilən növbəti təlim toplanışı başlayıb.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, toplanış məntəqəsinin qərargahında müvafiq qeydiyyatdan və həkim müayinəsindən keçən ehtiyatdan çağırılan hərbi vəzifəlilər hərbi geyim, həmçinin digər təminat növləri ilə təmin olunublar.

Qeyd edək ki, toplanış çərçivəsində hərbi vəzifəlilərin döyüş hazırlığı səviyyəsinin, bilik və bacarıqlarının daha da artırılması məqsədilə müxtəlif tapşırıqlar yerinə yetiriləcək.

Toplanışda əsas məqsəd onların döyüş vərdişlərini, hərbi ixtisas və təcrübələrini təkmilləşdirməklə yanaşı, ordumuzun arsenalında olan müasir silah və hərbi texnika ilə yaxından tanış etmək, istismar qaydalarını öyrətməkdir.








скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 905 12.02.24 13:20