Erməni hərbçilərin qaçarkən atdıqları papaqlar nümayiş etdirilir » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:58 Parisdə dəmiryol vağzalında atışma olub, yaralılar var  |     22:45 Tramp USAID-i Dövlət Departamentinin nəzarətinə verir  |     22:38 AFFA-da yeni baş katib, klub sayı artdı, limit ləğv olundu  |     22:24 Günəşdə güclü partlayışlar baş verdi  |     22:07 Bu şəxslər üçün tibbi arayış ödənişsizdir  |     21:53 Bakıda müəllim faciəvi şəkildə həlak oldu  |     21:34 Sabah Yevlaxın bir hissəsində qazın verilişində fasilə olacaq  |     21:24 Şamaxıda FACİƏ: məktəbli uşaq zəhərlənib öldü  |     21:04 Sərhədyanı rayonlarda blok-post quraşdırılmayıb - DİN  |     20:54 İtkin düşmüş balıqçının axtarışları davam etdirilir - VİDEO  |     20:42 Ötən il Sumqayıtda 5 min 695 narkoloji xəstə qeydiyyata alındı  |     20:36 Sərnişinin halı pisləşdi - Təyyarə Bakıya endi  |     20:29 Sank-Peterburqda 12 il əvvəl azərbaycanlını girov saxlayıb öldürməkdə təqsirləndirilən şəxsə hökm oxunub  |     20:23 MN-dəki 143 milyonluq məhkəmə işi ilə bağlı generalın apellyasiya şikayəti üzrə məhkəmə başlayıb  |     20:18 Qəzzada ölənlərin sayı 62 min nəfərə yaxınlaşır  |     20:10 Belçikanın yeni hökuməti and içib  |     20:02 Qara dəniz sualtı kabelini idarə edəcək birgə müəssisə yaradılıb  |     19:57 Ötən ay azad edilən ərazilərdə 3583,8 hektar minalardan təmizlənib  |     19:50 İrəvan metrosunda insidentlə əlaqədar beş əcnəbi saxlanılıb  |     19:44 Belçikanın ticarət missiyası Azərbaycana səfər edəcək  |    

Erməni hərbçilərin qaçarkən atdıqları papaqlar nümayiş etdirilir

Hərbi jurnalist Şöhrət Eyvazov Vətən müharibəsində erməni hərbçilərinin qaçarkən döyüş meydanında atdıqları papaqlarını və digər əşyalarını toplayaraq səyyar kolleksiya şəkilində nümayiş etdirir. "Report"un Qarabağ bürosu xəbər verir ki, jurnalistin fərdi kolleksiyasındakı hərbi qənimətlər arasında erməni zabitləri və əsgərlərinə məxsus kakardalar, mundirlər, qumqumalar, zabit geyimləri və onlarla hərbi əşyalar yer alır.

I Qarabağ müharibəsində iştirak edən Ş.Eyvazov bildirib ki, o zamankı şərait və texniki imkansılıqlar nəticəsindən döyüşlərə aid heç bir əşyanı götürüb saxlaya bilməyib: "Cəbhənin Tərtər və Ağdərə istiqamətində döyüşmüşəm. Texniki şərait imkan vermirdi ki, hansısa fotolar, videolar saxlayaq. Eləcə də heç bir eksponat saxlamadım. Sonra fikirləşdikm ki, mütləq onlardan yığsaydım yaxşı olardı. Gələcək nəsillər üçün həmin dövrə aid bir məlumatlar olardı və bu içimimi qalmışdı".

Azərbaycan ordusunun ehtiyatda olan zabiti, İctimai televiziyanın Qarabağ üzrə xüsusi müxbiri Ş.Eyvazov artıq bir neçə ildir ki, hərbi jurnalistika sahəsində çalışır. O, Vətən müharibəsi zamanı erməni ordusunun fərari zabit və əsgərlərinin əşyalarından kolleksiya toplayıb..

Ş.Eyvazov əlavə edib ki, Vətən müharibəsi zamanı işğaldan azad olunan ərazilərdə çəkiliş aparan zaman erməni zabitinin döyüş meydanında qaçarkən atdığı papağı tapıb: Həmin papağın fotosunu çəkib sosial şəbəkələrdən birindəki hesabımda paylaşdım. Yüksək rütbəli zabitin döyüş meydanından qaçarkən atdığı papağının fotosu qardaş Türkiyə tekllekanallarında nümayiş etdirildi və izləyicilərin marağına səbəb olmuşdu. Elə həmin vaxtdan başlayaraq digər eksponatları - tankist şilemi, kitellər və digər qarşıma çıxan eksponatları dövrün xatirəsi kimi topalamağa başladım".

Əşyaların yaxın zamanda təkcə ölkə daxilində deyil, Azərbaycana dost olan qardaş ölkələrdə də nümayiş etdirilməsini arzu edir. Bunun üçün, ona bəzi qeyri hökumət təşkilatlarıda kömək etmək üçün müraciət ediblər.

Düşmənin döyüş meydanında qoyub qaçdığı hərbi qənimətlərin nümayiş etdirilməsinin ideoloji mübarizədə əhəmiyyəti də böyükdür. Bu eksponatlar təkcə erməni faşizminin tanıdılması deyil, hərbi-vətənpərvərlik təbliğatı baxımından da vacibdir.
скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            780 04.10.21 21:38