Zakir Həsənov Şuşa və Laçındakı birliklərə yeni tapşırıqlar verdi » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:55 Suriya Rusiyadan Bəşər Əsədin ekstradisiyasını tələb edib  |     22:48 Ukrayna səfiri Slovakiya XİN-ə çağırılıb  |     22:41 Qobustanda kişi tövlədə özünü ASDI  |     22:34 Xalq artisti Fatma Mahmudova insult keçirib  |     22:20 Fərid Qayıbov Samir Şərifovun müavini oldu  |     21:57 Ən yüksək və ən aşağı seçici fəallığı olan dairələr açıqlanıb  |     21:53 AŞPA Gürcüstan hakimiyyətindən yeni parlament seçkiləri keçirilməsini tələb edib  |     21:10 İsrail BMT-nin qaçqınlarla iş üzrə agentliyinin ölkədəki fəaliyyətini dayandırır  |     21:10 Sabah Bakının bu ərazilərində qaz olmayacaq  |     20:46 Xəzər dənizinin üzərindən uçan sərnişin təyyarəsi qəza siqnalı verdi  |     20:17 Fatma Mahmudova xəstəxanaya YERLƏŞDİRİLDİ  |     19:55 Deputatın köməkçisi vətəndaşın adından kredit götürüb? - İDDİA  |     19:44 Ukraynaya 12-ci hərbi yardım paketi ayrılacaq  |     19:31 Bakıda 75 yaşlı kişiyə dələduzluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb  |     19:19 Universitet müəllimi vəfat etdi  |     19:10 Fransada "Binance"a qarşı çirkli pulların yuyulması iddiası qaldırıldı  |     19:09 “Alibaba” “DeepSeek”ə qarşı süni intellekt modelinin yeni versiyasını təqdim edib  |     19:08 Tramp prezidentliyinin doqquz günü ərzində rekord sayda fərman imzalayıb  |     19:07 Qırğızıstanda ilk ekoloji təmiz şəhər inşa ediləcək  |     19:05 709 azərbaycanlı qeyri-qanuni miqrant ABŞ-dən deportasiya olunacaq  |    

Zakir Həsənov Şuşa və Laçındakı birliklərə yeni tapşırıqlar verdi

Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov Şuşa, Laçın, Kəlbəcər, həmçinin azad edilmiş digər ərazilərdə dislokasiya olunan birlik və birləşmələrin qərargahları ilə video-konfrans rejimində əlaqə saxlayıb.

Bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Z.Həsənov Azərbaycan və Türkiyə hərbi qulluqçularının iştirakı ilə rabitə qoşunlarının birgə taktiki-xüsusi təlimlərinin gedişi ilə bağlı müvafiq tapşırıqlar verib.

Qeyd edək ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən Azərbaycan və Türkiyə hərbi qulluqçularının iştirakı ilə rabitə qoşunlarının birgə taktiki-xüsusi təlimləri davam edir.

Təlimlərin növbəti mərhələsini izləmək məqsədilə aprelin 7-də təlim-döyüş tapşırıqlarının yerinə yetirilməsi rayonuna gələn Z.Həsənov ərazidə açılmış səhra idarəetmə məntəqələrində olub, təlimin təşkili və gedişi ilə maraqlanıb. Müdafiə nazirinə bölmələrimizin sərəncamındakı taktiki-strateji səviyyədə olan ən müasir rabitə avadanlıqları təqdim edilib.

Məruzə edilib ki, təlimlərdə vahid rabitə sisteminin təşkili üzrə tapşırıqlar uğurla icra edilir. Müdafiə naziri Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri, Artilleriya Qoşunları və Xüsusi Təyinatlı Qüvvələrin komanda-idarəetmə məntəqələri ilə əlaqə saxlayıb, rabitənin dayanıqlığı və fasiləsizliyini yoxlayıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            873 07.04.21 19:49