Ermənistanın İkinci Qarabağ müharibəsindəki itkilərinin rəsmi sayı yenidən artıb.
Azərbaycanın Qarabağ bölgəsindəki qondarma rejimin tör-töküntülərindən olan "müdafiə ordusu” döyüşlərdə məhv edilən erməni hərbçilərinin daha bir qrupunun kimliyini açıqlayıb. Həmin hərbçilərin sayı 54 nəfərdir.
Bununla da erməni tərəfinin itkilərinin rəsmi sayı 2 836 nəfərə çatıb.
O da bildirilir ki, atəşkəsdən sonra Ermənstana 1 527 meyit verilib.
///Report