Azərbaycan Ordusunun əməliyyat-taktiki təlimləri başa çatıb - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
16:41 Polineziya nümayəndə heyətinin rəhbəri: "Azərbaycanın dəstəyinə ehtiyacımız var"  |     16:30 Valideynlərin nəzərinə! - FOTO  |     16:24 Hava xəbərdarlığı: Mayın 31-i...  |     16:08 Azərbaycan Ordusunda silah və texnika yay mövsümündə istismar rejiminə keçirilir - VİDEO  |     16:05 Fərid Mehralızadə saxlanılıb? - DİN-dən açıqlama  |     15:44 "X" üçün yeni qərar: Bu paylaşımlara müdaxilə ediləcək  |     15:31 Türkiyə nümayəndə heyəti Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib  |     15:13 Ceyhun Bayramov Pakistan Senatının sədri ilə COP29-a hazırlığı müzakirə edib  |     14:53 İrəvandan Geğarkunikdəki mövqelərin Azərbaycana təhvil verilməsi ilə bağlı məlumata REAKSİYA  |     14:38 "Meta"dan İsraillə bağlı qərar: Yüzlərlə hesab bağlandı  |     14:21 Bu ərazilər də Azərbaycana təhvil verilir  |     13:57 Qanunsuz hərbi forma geyinənləri hansı cəza gözləyir?  |     13:56 Artezian quyularının naqillərini oğurlayan şəxslər saxlanıldılar - VİDEO  |     13:22 Naxçıvanda 17 yaşlı qızı öldürən şəxsə hökm oxundu  |     12:56 Milli Xalça Muzeyinə direktor təyin olundu - FOTO  |     12:45 Azərbaycanda müəllim vəfat etdi - FOTO  |     12:33 XİN başçısı: "Ermənistanla delimitasiya razılaşması normallaşma prosesinə müsbət təsir göstərib"  |     12:32 BMT baş katibinin köməkçisi: "Bugünkü konfrans və COP29 bir-biri ilə sıx bağlıdır"  |     12:31 Zəngilan rayonunda bazar tikiləcək  |     12:30 Şimalı Koreyadan qonşularına qarşı "çirkli şarlar"dan sonra növbəti təxribat  |    

Azərbaycan Ordusunun əməliyyat-taktiki təlimləri başa çatıb - VİDEO

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin təsdiq etdiyi plana əsasən keçirilən əməliyyat-taktiki təlimləri uğurla başa çatıb.

Dağlıq-meşə və çətin relyefli ərazilərdə keçirilən təlimlərdə əsas diqqət Vətən müharibəsində qazanılan döyüş təcrübəsi nəzərə alınmaqla şəxsi heyətin və hərbi idarəetmə orqanlarının peşəkarlıq səviyyəsinin artırılması, döyüş texnikasının və digər hərbi vasitələrin tətbiqi, o cümlədən qoşunların terrorçu dəstələr (qruplar) və qanunsuz silahlı qruplaşmalar ilə mübarizə və anti-terror əməliyyatlarının həyata keçirilməsi üzrə təlim-döyüş tapşırıqlarının icra edilməsinə yönəldilib.

Müdafiə Nazirliyindən verilən məlumata görə, mürəkkəb şəraitdə keçirilən təlimlərdə müxtəlif qoşun növləri arasında qarşılıqlı fəaliyyətin təşkili üzrə tapşırıqlar uğurla yerinə yetirilib, qoşunların idarəedilməsi vərdişlərinin təkmilləşdirilməsi, döyüş, mənəvi-psixoloji və maddi-texniki təminat məsələlərinə xüsusi diqqət yetirilib.

Təlim rəhbərliyinin qiymətləndirməsinə əsasən qoşunlar qarşıya qoyulan məqsədlərə tam nail olub. Şəxsi heyət döyüş əməliyyatlarının aparılması üzrə praktiki təcrübə əldə edib, həmçinin yüksək səhra vərdişləri nümayiş etdirib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            651 18.03.21 21:23