Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
17:57 Hərbi qulluqçulara cərimə tətbiqi absurddur – AÇIQLAMA | 17:54 Bakıda söküntülər başlayır: həyət evləri və torpaq bahalaşacaq | 17:49 Bakıda dövlət qurumlarının iş vaxtı dəyişdi: İkiaylıq sınaq tıxacı azaltdımı? | 17:47 Bu ermənilərin pasportlarında doğum yeri “Azərbaycan” yazılacaq | 17:43 Uşaqlar bağçalarda ən çox hansı xəstəliklərə yoluxublar? | 17:25 Bakıda yeni avtobus marşrutu yaradılır | 17:18 İlham Əliyevin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb | 17:04 Bakıda və rayonlarda yağış intensivləşəcək - Xəbərdarlıq | 16:55 Azərbaycanda qış istirahəti üçün ən maraqlı 7 məkan | 16:47 Saray körpüsündə zəncirvari qəza: Üç avtomobil toqquşdu | 16:40 Azərbaycan əhalisinin sayı açıqlandı | 16:31 Kolleclərlə bağlı vacib dəyişiklik gözlənilir | 16:25 Birinci vitse-prezident Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşüb - Foto | 16:14 Evlənən və boşananların sayı açıqlandı | 16:07 Rusiya Polşanın hava məkanını pozdu: Hökumət xüsusi müşavirə çağırdı - Foto/Video | 15:57 Doğulanların sayı azaldı: Ölənlər artdı | 15:40 Zelenskidən ABŞ-yə çağırış: Ukraynada hərbi bazalar yerləşdirin | 15:29 Tahir Abdullayev çəki salmaqdan imtina etdi: Qazancının bir hissəsindən məhrum oldu - Foto | 15:20 Baş nazir Əli Əsədov İrakli Kobaxidzeyə başsağlığı verib | 15:12 Arzu və Leyla Əliyevalar Vyetnamda |
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı VACİB AÇIQLAMA

05.01.2021 17:22 2 238
Azərbaycanda müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı VACİB AÇIQLAMA
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı məlumat yayıb.

Qurumdan bildirilib ki, Prezident İlham Əliyevin 2020-ci il dekabrın 22-də imzaladığı “Azərbaycan Respublikası vətəndaşlarının 2021-ci il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması haqqında” Sərəncama əsasən 2003-cü ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1986–2002-ci illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikası vətəndaşlarının müəyyən edilmiş qrafik əsasında xidmət yerlərinə göndərilməsinə başlanılıb.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) tərəfindən çağırışçıların müddətli həqiqi hərbi xidmətə yola salınması yanvarın 30-dək davam edəcək.

Son xəbərlər