Şəhidimizin hərbçi olmasını vəsiyyət etdiyi oğlu dünyaya gəldi (VİDEO) » Median.Az - Bütün xəbərlər bir ünvanda
14:11 "Mahir ay brat" məhkəmə zalından azadlığa buraxıldı - FOTO  |     13:54 Özbəkistan Prezidenti: Bölgənin sülh məkanına çevrilməsindən çox şadam  |     13:54 Nəsimi rayonunda açıq ərazidə yanğın başlayıb  |     13:53 Rüşvət alan kapitana hökm oxundu  |     13:52 Xalq artisti Röya Ayxandan “Ağlama” mahnısına akustik nəfəs - VİDEO  |     13:51 Güclü külək Bakıda iki ağacı aşırıb  |     13:50 Xose konsertindən sonra çəkiliş qrupuna ödəniş etməyib - Videoqraf şikayətçidir  |     13:49 Konstitusiya Məhkəməsinə dörd yeni hakim təyin olunub  |     13:46 Vəsiyyətnamə yoxdursa, miras əmlak ögey övlada keçə bilməz - MÜHÜM QƏRAR  |     13:16 Azərbaycanda QHT sədri şantaj edildi, məhkəməyə üz tutdu  |     13:15 Milli Məclis Səudiyyə Ərəbistanı ilə bağlı memorandumu TƏSDİQLƏDİ  |     13:10 17 kq marixuana aşkarlandı: Əməliyyat yerindən görüntülər - VİDEO  |     12:55 Ukraynada hökumətin yaxın günlərdə istefası gözlənilir  |     12:54 Tovuzda narkokuryerlər saxlanılıblar  |     12:51 Daha bir futbolçu avtomobil qəzası keçirib - Vəziyyəti kritikdir  |     12:50 Azərbaycanlı tələbələr Çinin aparıcı universitetlərində təqaüdlə təhsil alacaqlar  |     12:49 Azərbaycan neftinin qiyməti 75 dollara yaxınlaşır  |     12:33 Beynəlxalq axtarışda olan daha bir şəxs Azərbaycana ekstradisiya edildi  |     12:31 "Apple" çılpaq vəziyyətdə edilən videozəngləri qadağan edəcək  |     12:11 Professorun oğlu faciəli şəkildə öldü - FOTO  |    

Şəhidimizin hərbçi olmasını vəsiyyət etdiyi oğlu dünyaya gəldi (VİDEO)

Vətən müharibəsinin qəhrəmanlarından biri, Tovuzun Dondarquşçu kənd sakini şəhid Əmrah Əliyevin oğul övladı dünyaya gəlib.

Median.Az
"Azərtac"a istinadla xəbər verir ki, 23 yaşlı Əmrah Rüfət oğlu Əliyev Xocavənd uğrunda gedən döyüşlərdə şəhid olub. 2021-ci ilin ilk günündə - yanvarın 1-də onun ikinci övladı dünyaya göz açıb. Şəhidimizin ikinci övladı oğlandır. Əmrah 1 yaşlı Adəmdən sonra dünyaya gələn balaca igidin adının Rüfət qoyulmasını və hərbçi kimi yetişməsini vəsiyyət edib.

Şəhidin həyat yoldaşı Leyla Əliyeva Rüfəti hərbçi kimi böyüdəcəyini, həyat yoldaşının vəsiyyətini yerinə yetirəcəyini deyir:
"Yoldaşım demişdi ki, uşaq doğulanda atamın adını qoyarsan. Mən yoldaşımla fəxr edirəm, qürur duyuram. Vətən sağ olsun!”

Balaca Rüfətin sağlamlığı da normaldır. Mütəmadi həkim müayinəsindən keçən körpənin doğulanda çəkisi 3 kiloqram 800 qram olub. Ana və övladın sağlamlığı qaydasındadır.

скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 251 04.01.21 22:11