Qardaşxan Əhmədovun anası: “Statusda oxudum ki, oğlum şəhid olub” - FOTO/VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:57 Emin Ağalarovun ev yarışının qalibi bəlli oldu -FOTO  |     22:56 İşğaldan azad edilmiş ərazilərə getmək istəyənlərə yeni xəbər (VİDEO)  |     22:48 Şamaxıda hər yerdən görünən heykəl... (VİDEO)  |     22:40 AQTA Fransadan bu məhsulların idxalını məhdudlaşdırdı  |     22:31 Millətlər Liqası: Azərbaycan millisi Estoniyaya uduzdu  |     22:28 Narin Güran qətlində yeni təfərrüatlar üzə çıxdı  |     22:19 "28 May"ın qarşısındakı işlər nə vaxt tamamlanacaq?  |     21:58 Xocavəndin hərbi komissarı həbs edilib - RƏSMİ  |     21:44 Pul köçürmələrinə nəzarət gücləndirildi  |     21:29 Baydenin müşaviri: COP29-da karbon vergisi ilə bağlı irəliləyiş əldə edilə bilər  |     21:23 İcra başçısı ilə birgə həbs edilən sabiq baş həkim vaxtından əvvəl azadlığa buraxılıb  |     21:15 Rusiya XİN Yaponiyaya xəbərdarlıq edib  |     21:08 Telefon oğurlandıqda avtomatik bloklanacaq – Yeni funksiya - FOTO  |     21:01 Putin Pezeşkianı Rusiyaya rəsmi səfərə dəvət edib  |     20:30 Bu rayonun hərbi komissarı saxlanıldı  |     20:13 Sumqayıtda yol qəzası olub, sürücü ölüb  |     19:42 Bakıda 75 yaşlı kişinin başını kəsərək qətlə yetirməkdə təqsirləndirilən şəxsin istintaqı başa çatıb  |     19:33 Azərbaycanda hərbi komissar saxlanıldı  |     18:58 Ermənistanın sabiq Baş Qərargah rəisi Baş Prokurorluğa çağırılıb  |     18:41 Sabirabadda yük maşını kanala düşdü  |    

Qardaşxan Əhmədovun anası: “Statusda oxudum ki, oğlum şəhid olub” - FOTO/VİDEO

Hələ bu dünyaya gəlmədən şəhid qızı adını alan Nişanə iki həftə sonra doğulacaq. Onun atası Qardaşxan Əhmədov isə 50 gün itkin kimi axtarışda olub.

“Qafqazinfo” ailəyə baş çəkərək Qardaşxan Əhmədovun xatirəsini əbədiləşdirmək üçün reportaj hazırlayıb.

24 yaşlı Qardaşxan döyüşə getməmişdən 10 ay öncə ailə həyatı qurub, iki həftə sonra isə qızı dünyaya gələcək, ilk və sonuncu övladı…


Qardaşxan hərbi xidmətdə olarkən “Aprel döyüşləri”ndə də iştirak edib. Vətən Müharibəsi başladıqda isə döyüşə çağırılıb. Lənkəran rayon komissarlığında bir yerlisi ilə tanış olub. Eyni vaxtda müharibəyə yola salınıblar, bütün döyüş yolunu birgə keçiblər və sonda Xocavənddə bir yerdə şəhid olublar.

Atası Elxan Əhmədov oğlu ilə çox vaxt keçirməsə də, onu daim öz yeri üçün böyüdüb. Şəhid atası deyir ki, oğlunun son döyüşü noyabrın 7-də olub. Ondan sonrakı iki gün isə müəmmalıdır, o günlərdə Qardaşxanın yaşayıb-yaşamadığı bəlli deyil. Amma döyüşlər dayandıqdan sonra düz dekabrın 19-dək ailə və yaxınları daim onu axtarıb. Qardaşxan 44 günlük Vətən Müharibəsinin 50 günlük itkini olub.


Elxan Əhmədov deyir ki, bu 50 gün ona 50 il kimi görünüb, bu 50 gündə evə sığmayıb, gecə-gündüz küçələrdə, yollarda, idarələrdə bircə oğlunu axtarıb. İki bacıdan sonra evin son beşiyi olan Qardaşxanı…

Amma bu 50 gün ərzində Elxan Əhmədov oğlu ilə bağlı fərəhləndirici onlarla zəng alıb. Döyüşdən yaralı qayıdan qazilərin valideynləri Elxana zəng edərək onun oğlu Qardaşxanın onların övladlarını ölümdən xilas etdiyini deyib. Övladına qovuşsa da, onu şəhid kimi qarşılayan atalar isə itkin atası Elxana oğluna görə təşəkkür ediblər. Minnətdar olublar ki, Qardaşxan onların övladının cənazəsini ortada qoymayıb. Onlarla igidi ya qazi, ya da şəhid olaraq döyüş meydanından çıxarıb. Özünü isə 50 gün sonra Xocavənd dağlarında sıx meşənin içindən qarlar altından çıxara biliblər.

Bir dərdin başqa dərdə dərman olması kimi, Elxan da oğlunun əsir olmasını, mühasirədə olmasını, yaralı olmasını, şikəst olmasını arzulayıb. Təki sağ olsun…


Ailə Qardaşxan üçün son limit günü də təyin edibmiş. 28 noyabr… Bu gün Qardaşxanın toyunun birinci ildönümüdür. Gənc, hamilə həyat yoldaşı da ən sonda həmin gün Qardaşxanın gələcəyinə ümid edib.

Elxan Əhmədov isə oğlunun tezliklə gəlib doğulacaq qızını qucağına alacağını, onu xəstəxanadan şarlarla bəzədilmiş maşında evinə gətirəcəyini arzulayıb.

Vətən Müharibəsi Qardaşxan üçün ilk çətin sınaq olmayıb. Altı yaşından bəri ailəyə rəhbərlik etməyə məcbur olan Qardaşxan bu yola daim imtinaları ilə yadda qalıb. O, ilk olaraq 17 medal aldığı güləşdən uzaqlaşıb. Bunun əvəzində isə anası ilə birgə 10 il dükanda satıcı işləyib, iki bacısından yaşca balaca olsa da, onlara böyük qardaş olub. Atası Elxan isə mütəmadi olaraq Rusiyada işləyərək ailənin maddi durumuna dəstək olub. Qardaşxan ilk medalını yeddi yaşında alıb.

Anası Bahar Əhmədova deyir ki, Qardaşxan onun həm oğlu, həm qardaşı, həm də iş yoldaşı olub:

“Bütün sirlərini, aruzlarını, xəyallarını mənə deyərdi. Mənim həyatımdakı hər şey, evim-eşiyim onun əziyyəti, onu xatirələridir. Onu hər gün güləş məşqinə özüm aparırdım. Hər dəfə yer tutanda mənə zəng edib deyirdi. Yeddi yaşı olanda ilk medalını qazandı, zəng edib dedi ki, “Ana, birinci yerə çıxdım”.


Toyunun ildönümündə hələ də onu axtarırdıq. O bizi çox istədiyi üçün tez-tez sürprizlər edirdi. Xüsusi günlərdə həmişə zəng edirdi. Mən də inanırdım ki, noyabrın 28-də oğlum zəng edib sağ olduğunu deyəcək”.

Bahar Əhmədova oğlunun döyüş yoldaşı ilə danışaraq Qardaşxanın şəhid olmadığına onu inandırmaq istəyərkən elə bircə oğlunun şəhadət xəbərini alıb:

“Qardaşxandan xəbər olmayandan sonra bizə hansı nömrə ilə zəng etmişdisə, onlarla danışdıq, hamısı dedi biz yaralıyıq, ondan xəbərimiz yoxdu.

Mənim ümidim vardı ki, mənim balam sağdır. Noyabrın 7-də Xocavənddə döyüşdə olub, bir gün sonra da müharibə bitib. Qardaşxan bir gün özünü qoruya bilərdi…

Dekabrın 19-da axşamüstü yoldaşım evə gəldi, dedi uşaq yaralı tapılıb, ora gedirik. Mən də oğlumu gözləyirdim, dedim bir ayağı, bir qolu olmaz, eybi yox. Şəhid olduğunu bilmirdim. Dekabrın 20-də həyətə çıxdım, gördüm qonşular bizdədir. Evə girib yoldaşıma zəng etdim, cavab vermədi. Bütün qohumlara, tanışlara zəng etdim, heç kim mənə cavab vermədi. “Whatsapp”ı açıb gördüm ki, Qardaşxanın döyüş dostu Murad onun şəklini paylaşıb, yazıb ki, “can qardaş, aramızdan sən də getdin, şəhid oldun”. Mən ona yazdım ki, “Qardaşxan hələ şəhid olmayıb, sağdır, yaralıdır, atası gedib gətirməyə”.

Elə o sözü yazıb bitirəndə gördüm evin qapısı açıldı, qonşular hamısı içəri girdi. Onda bildim ki, oğlum şəhid olub, o vaxta kimi mənə heç kim bunu demədi”.


Şəhidin bacısı Nuranə Əhmədli isə qardaşının yarımçıq qalan arzularından bəhs edib:

“Altı yaşında güləşə gedirdi, idmanla bağlı çox xəyalları vardı. Sonra elə oldu ki, atam işləmək üçün Rusiyaya getdi. Elə həmin vaxt qardaşım xəyallarından əlini üzdü. Evdə kişi yoxdu deyə, altı yaşında evin hər işini öhdəsinə götürdü. Şəhid olmadan əvvəl də onun xarakterinə görə mən onunla fəxr edirdim. Qardaşımın qızı ilə bağlı çox xəyalları, planları var idi. İndi isə onları onsuz həyata keçirməli olacağıq. Amma onun qızı qardaşımdan bizə bir nişanə olduğu üçün adını da Nişanə qoymaq istəyirik”.

Nuranə deyir ki, atası qardaşının yaralı olduğunu sevinərək demədiyi üçün o artıq Qardaşxanın şəhid olduğunu bilib:

“Atam gəlib dedi ki, qaqaş tapılıb, yaralıdır, gətirməyə gedirəm. Mən atama inanmadım, çünki qardaşım yaralı gəlsəydi, biz sevinərdik. Amma atamın üzünün ifadəsindən, rəngindən bildim ki, o, şəhid dalıyca gedir...”
скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            849 28.12.20 23:55