Ermənistan Silahlı Qüvvələrinin 5-ci dağ atıcı alayının 1-ci alayının dünən gecə 300 ehtiyatda olan hərbçi ilə birlikdə mövqelərini tərk edərək, çox sayda ölü və yaralananları qoyaraq, geri çəkilməsinə görə qəzəblənən Ermənistan Müdafiə Nazirliyinin isti və hələlik təhlükəsiz kabinetində oturan Artsrun Ovannisyan erməni hərbçilərinə müraciət edib və onları qadınlarına layiq olmağa, ölənə qədər dözməyə çağırıb.
Armiya.az-ın məlumatına görə, bu barədə o, özünün “Facebook” hesabında yazıb.
“Hətta tələbə qızlar da öz bölmələrini yaradıblar və cəsarətlə döyüşürlər. Onlar intiharçı olmağa hazırdırlar. Bəs siz? Gəlin, onlara layiq olaq”, - deyə A.Ovannisyan pafosla yazıb.
O, həmçinin, müharibəyə yazılmaqdan imtina edən erməni gənclərinə də müraciət edib.
“Bayraqları maşınlara taxaraq və vətənpərvərlik mahnıları ilə İrəvanın ətrafında gəzməklə, zəfəri yaxınlaşdırmırsınız. Silah götürün və irəli, ön cəbhəyə”, - deyə o bildirib.