Mojo.az Banner
22:01 Azərbaycana səfəri zamanı ABŞ vitse-prezidentini dövlət katibinin müavini müşayiət edəcək  |     21:50 AZTV-nin sədr müavininə ağır itki  |     21:40 Pakistanda məsciddə törədilmiş terror aktının təşkilatçısı saxlanıldı  |     21:29 Alış-veriş edən 73 yaşlı kişinin ürəyi dayandı - Azərbaycanda  |     21:17 "Qızıl qaya" istirahət mərkəzində yanğın oldu  |     21:06 Ceyhun Bayramov sabiq səfirə yüksək vəzifə verdi (FOTO)  |     20:51 On min manatlıq cehizlik oğurlayan şəxs saxlanıldı  |     20:37 Bir ailənin dörd üzvü dəm qazından zəhərləndi - Sumqayıtda  |     20:36 "Crocus City Hall"dakı terror aktı üzrə məhkəmədə gizli şahidin ifadəsi dinlənildi  |     20:08 Uşaqlar dərsə gəlmir deyən müəllimlə bağlı tədbir görüldü - VİDEO  |     19:59 Ermənistan XİN-də Azərbaycan və Türkiyə ilə münasibətlər müzakirə edilib  |     19:51 Güllələnən müəllimin atası: "Sosial şəbəkədə nə gəldi yazırlar" (VİDEO)  |     19:31 Azərbaycan cüdoçusu finala vəsiqə qazandı  |     19:25 Sabahın havası meteohəssas insanlar üçün necə olacaq?  |     19:15 Şəmkirdə qətlə yetirilən qadının öldürülməsinin təfərrüatı  |     19:07 Qubada evdə PARTLAYIŞ: "Azəriqaz" rəisinə cinayət işi açıldı  |     18:57 Çin avtomobilləri nə qədər bahalaşıb? - "Martın sonundək..."  |     18:49 Saxta pasportla Azərbaycana daxil olmağa çalışan Əfqanıstan vətəndaşına hökm oxundu  |     18:36 Günahsız insanları atəşə tutdular - Onlarla ölü  |     18:18 Dubaydan gələn əcnəbi Bakıya enən kimi TUTULDU  |    
Left Banner
Right Banner

Naftalan və Goranboyun kəndlərinə mərmi atılıb

01.10.2020 22:19 2 546
Naftalan və Goranboyun kəndlərinə mərmi atılıb
Naftalanın Qaşaltı kəndində mərminin düşdüyü ev yanıb, Goranboyun Safıkürd kəndinə atılan mərmi isə fərdi evlərə, həmçinin yaxınlıqdakı məktəb və inzibati binaya ciddi zərər vurub.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, Ermənistan silahlı qüvvələri tərəfindən mülki əhalinin yaşadığı kəndlərə nəvbəti dəfə mərmilər atılıb.

Düşmən Naftalanın Qaşaltı kəndinə bir daha top mərmisi atıb. Nəticədə bir evdə dağıntı və yanğın olub. Xatırladaq ki, bundan öncə düşmənin bu kənddə atdığı mərmi aralarında 2 yeniyetmənin də olduğu 5 mülki şəxsin ölümünə səbəb olub.

Bu gün Goranboy rayonunun Safıkürd kəndi də atəşə tutulub. Kəndə düşən raket və mərmi bir neçə evə və inzibati binaya ciddi zərər vurub, bir ev isə dağılaraq yararsız hala düşüb.

Hər iki hadisə zamanı xəsarət alan olmayıb.

Qeyd edək ki, bu gün düşmənin atdığı top mərmilərindən biri Goranboyun Tapqaraqoyunlu kəndinə də düşüb və kənd sakinlərindən birinə məxsus evə ciddi zərər dəyib.скачать dle 11.3