Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:02 Bu 3 bürc bazar günü XOŞ XƏBƏR ALACAQ | 22:56 Gələn il Azərbaycanda 950 min tona yaxın kartof istehsalı proqnozlaşdırılır | 22:51 371 roman yazan qadın süni intellektə görə təhdid və təhqirlə üzləşdi | 22:44 Zaxarova NATO-nu ittiham etdi | 22:39 "Avroviziya Asiya"nın ilk qalibi oldu | 22:31 Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO | 22:26 "Meta" 805 milyon avro cərimələnib | 22:17 Azərbaycanda bəzi binalara istilik verilməyə bilər: Səbəb - Video | 22:08 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 22:00 Dağıstanda məşhur idmançı güllələnərək öldürüldü | 21:56 Ramiz Mehdiyevin qızının vəkili həbs edildi | 21:49 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 21:33 Büdcədə tarixi dəyişiklik: Neftdənkənar gəlirlər 60 faizi ötəcək - Foto | 21:26 İlon Maskın "Starship" raketi sınaq zamanı partladı - Video | 20:49 Kütləvi yol-nəqliyyat hadisəsində ölənlərin sayı 13-ə çatıb | 20:44 Məktəblərdə sərt qaydalar tətbiq oluna bilər: Cərimə, qırmızı kart və uzaqlaşdırılma | 20:36 Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı | 20:30 Leyla Əliyeva COP31-ə dair videoçarx paylaşıb - Video | 20:24 Tələbələri şantaj edərək pul istəyən şəxs barəsində qərar verildi | 20:10 "Nvidia" şirkətinin rəhbərliyinə mümkün namizədin adı açıqlandı |
Mojo.az Avto
Mojo.az Avto

Qubada evdə PARTLAYIŞ: "Azəriqaz" rəisinə cinayət işi açıldı

07.02.2026 19:07 591
Qubada evdə PARTLAYIŞ:
Qubada evdə baş verən partlayışa görə "Azəriqaz” əməkdaşına cinayət işi açılıb.

Median.Az
xəbər verir ki, hadisə rayonun Alekseyevka kəndində qeydə alınıb.

İttiham aktına görə, "Azəriqaz”ın Quba xidmət sahəsinin qəza dispetçer xidmətinin rəisi olan 60 yaşlı Qəzənfər Kərimli (ad və soyad şərtidir) üzərinə düşən vəzifə borcunu yerinə yetirməyib. Belə ki, o, Alekseyevka kəndində yaşayış evindən 3.3 metr aralıdan keçən qaz kəmərinin üzərindəki dəliklərin vaxtında təmir olunmasını təmin etməyib. Kəmərdəki həmin dəliklərdən sızan qaz 3.3 metr aralıdakı evin zirzəmisindən yaşayış sahəsinə dolub. Burada sızan qaz hava ilə xeyli qarışdığı üçün partlayış ehtimalı yüksək olub. Ev sahibi qapını açıb işığı yandıranda isə gözlənilən təhlükəli partlayış qeydə alınıb. Nəticədə ev sahibinin xanımı yanıq xəsarətləri alıb və mənzildə dağıntılar olub. Ümumilikdə evin sakinlərinə təxminən 33 min manat ziyan dəyib.

Faktla bağlı Qəzənfər Kərimli saxlanılıb və barəsində cinayət işi açılıb.

Məhkəmədə o, əməlindən peşman olduğunu və vurduğu ziyanı ödədiyi üçün barəsində amnistiya aktının tətbiq olunmasını xahiş edib.

Quba rayon Məhkəməsinin hökmü ilə cinayət təqibinə xitam verilib və Q. Kərimli məsuliyyətdən azad olunub.

/Lent.az

Son xəbərlər