Mojo.az Banner
23:01 Xırdalan sakinlərini SEVİNDİRƏCƏK XƏBƏR  |     22:54 3 elektron pul təşkilatının lisenziyaları ləğv edilib  |     22:49 2 avtobusda gedişhaqqı artırıldı  |     22:43 "WhatsApp" "Meta" AI söhbətləri üçün gizli rejimi aktivləşdirdi (FOTO)  |     22:38 Məşhur şirkətlər süni intellektə görə minlərlə əməkdaşı ixtisar edir  |     22:30 Beyləqan Xəstəxanasında daha bir vəzifəli şəxs işdən çıxdı  |     22:25 Bu mənzillər ucuzlaşa BİLƏR  |     22:19 Səsboğucu hansı hallarda qanunidir? - Maşın həvəskarlarının DİQQƏTİNƏ - 150 MANAT CƏRİMƏ  |     22:12 İranla yeni müharibənin anonsu verildi  |     22:04 Vado Korovinin kürəkəni İŞDƏN ÇIXARILDI  |     21:59 Sosial şəbəkələrdəki bu reklamlarla bağlı - Xəbərdarlıq  |     21:51 İçərişəhər sakinlərinin sistemli uçotuna başlanıldı - İlk dəfə  |     21:44 Şuşadakı bu 3 bina sökülə bilər  |     21:39 May pensiyaları ödənildi  |     21:33 Qadın güləşçimiz Avropa çempionatında gümüş medal qazandı  |     21:25 Əcnəbilər Azərbaycanda yaşama icazələrini elektron qaydada alacaqlar  |     21:20 11 ildən sonra süni intellekt sayəsində 400 min dollarlıq "Bitcoin"ə çıxış əldə etdi  |     21:13 Bakıda taksilər avtobus zolaqlarından istifadə edə biləcəklər? - AÇIQLAMA  |     21:08 "Space"də islahatlar davam edir: Radionun direktoru da işdən çıxarıldı  |     21:00 Azərbaycanda ən çox tələb olunan 10 peşə: Orta əməkhaqqı nə qədərdir?  |    
Left Banner
Right Banner

Cəbhədə atəşkəs yenidən pozuldu

25.09.2020 13:53 2 826
Cəbhədə atəşkəs yenidən pozuldu
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 61 dəfə pozub.

Bununla bağlı Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Ermənistan Respublikası Berd rayonunun Ayqepar, Mosesqex, Çinari, Ayqedzor kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Hacallı, Əlibəyli, Ağdam, Koxanəbi, Əsrik Cırdaxan, Ağbulaq və Muncuqlu kəndlərində, Çəmbərək rayonunun Cil kəndində yerləşən mövqelərdən Gədəbəy rayonunun Qaravəlilər kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Çiləbürt, Füzuli rayonunun Qaraxanbəyli, Kürdlər, Horadiz, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.скачать dle 11.3
Mojo.az Banner